
“İqlim dəyişikliyi və davamlılığı müxtəlif fənn və siniflər üzrə inteqrasiya edirik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfrans çərçivəsondə təşkil edilən birinci texniki sessiyada ETN-in Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdür müavini Nəriman Qəhrəmanlı “Mövcud yaşıl təhsil təşəbbüsləri” ilə bağlı təqdimatı zamanı səsləndirib.
“İqlimlə bağlı məsələləri ayrı mövzu kimi deyil, ümumi təhsil kurikulumu boyunca yerləşdirərək, tələbələrin bu mövzulardan müxtəlif kontekstlərdə xəbərdar olmasını təmin edirik. Su, tullantılar, biomüxtəliflik, enerji və digər məsələləri araşdırır və bu bilikləri birbaşa sinifdə tətbiq etməyə çalışırıq. Nəzəriyyəni praktik tətbiqlərlə birləşdirərək tələbələr ekoloji problemləri daha dərindən başa düşür və onları həll etməyə yönəlirlər”,- deyə o bildirib.
O həmçinin, Azərbaycanın təşəbbüsləri haqqında məlumat verib.
Qeyd edib ki, 2024-cü il Azərbaycanda rəsmi olaraq “Yaşıl dünya üçün həmrəylik ili” elan edilib. UNESCO-nun “Yaşıl məktəblərin tanınması” proqramı da uğurla irəliləyir. Artıq üç məktəb “Yaşıl addımlar qiymətləndirmə kriteriyaları” əsasında akkreditasiya olunub və bu sayı artırmaq üçün işlər davam etdirilir.
Nəriman Qəhrəmanlı lavə edib ki, uzunmüddətli hədəf olaraq əsas məqsəd iqlim haqqında məlumatlı, iqlim şüurlu və iqlim məsuliyyətli nəsli yetişdirməkdir.
Qeyd edək ki, İki gün davam edəcək konfransın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində siyasət dialoqu aparmaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər