4 dekabr 2024

Bütün xəbərlər
test
3 dekabr, 14:24
69

Son zamanlar təhsil prosesində istifadə olunan səmərəli metodlardan biri də rəqəmsal hekayəçilikdir.  ABŞ-də fəaliyyət göstərən Rəqəmsal Hekayəçilik Mərkəzində (Center for Digital Storytelling) hazırlanan, birinci şəxs tərəfindən nəql edilən qısa, şəxsi hekayələr rəqəmsal hekayəçilik hesab olunur. Rəqəmsal Hekayəçilik Mərkəzinin məlumatına görə, hazırlanan hekayələr insanların öz fikrini ifadə etməsinə və hekayələrini daha geniş auditoriya ilə bölüşməsinə imkan verir.

Getdikcə rəqəmsal hekayəçilikdən çox müxtəlif sahələrdə istifadə olunmağa başlandı. “Rəqəmsal hekayələr” termini ilk dəfə Kanada Milli Film Şurasının “Bear 71” (“Ayı 71”) və “Welcome to Pine Point” ("Pine Point-ə xoş gəlmisiniz”) kimi interaktiv layihələrini təsvir etmək üçün istifadə edilib. Bu peşəkar sənədli film layihələri orijinal rəqəmsal hekayələrdən olduqca fərqlidir. Amma rəqəmsal hekayəçiliyin inkişafının bir hissəsi kimi qəbul edilir.

Tədris prosesində rəqəmsal hekayəçilik - məzmunun daha yaxşı başa düşülməsinə kömək edir. Müəllimlər müstəqil hekayələri müvafiq mühazirələrlə birləşdirərək öyrənmə prosesini daha maraqlı edir, təhsilalanları öyrənməyə həvəsləndirir. Bu onlara düşüncələrini formalaşdırmağı, fikirlərini aydın ifadə və texnologiyadan səmərəli istifadə etməyi öyrədir.

Məktəblərdə müəllimlər təhsilalanlara gündəlik hekayələr hazırlamağı tapşırırlar. Onlar təqdimatlarını istər şifahi, istərsə də sinif müzakirələri vasitəsilə təqdim edə bilərlər. Rəqəmsal hekayələr məzmunu mətn, şəkillər, audio və video vasitəsilə çatdırmaq imkanı verir. Bu, təhsilalanlara sadəcə hekayə danışmağı deyil, eyni zamanda multimedia vasitələrindən və rəqəmsal dərs planlarından istifadə etməyi öyrətməyə xidmət edir.

Rəqəmsal hekayəçilik layihələri şagirdlərin iş yükünü artırmaq əvəzinə, tədris prosesini daha əyləncəli etmək üçün istifadə olunur. Rəqəmsal hekayəçiliyin faydalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Diqqəti cəlb edir.

Bu, insanın diqqətini cəlb edən və maraq yaradan yanaşmadır. “Hook” (“Qarmaq”) adlanan yanaşma sosial mediadan tətbiqlərə və rəqəmsal platformalara qədər hər yerdə qarşımıza çıxır. Rəqəmsal hekayəçilik müəllimlərin təhsilalanların diqqətini cəlb etmək və yeni dərsə maraq oyatmaq üçün istifadə edə biləcəyi bir "qarmaq" ola bilər. Araşdırmalar göstərib ki, rəqəmsal hekayəçilik tədris və öyrənməni səmərəli şəkildə dəstəkləyir və təhsilalanların motivasiyasını artırır.

  1. Beyinə və ürəyə yol tapır.

Hekayələr yaddaşda daha yaxşı qalır. Mütəxəssislərə görə, hekayə danışmaq beynin bir neçə hissəsini aktivləşdirir. Eyni zamanda, dopamin və oksitosin kimi “xoş hiss” yaradan kimyəvi maddələri hərəkətə keçirir. Bu, məlumatların uzunmüddətli yaddaşa köçürülməsinə kömək edir.

Rəqəmsal hekayəçilik beynin emosiyaya və uzunmüddətli yaddaşa aid olan limbik sistemini aktivləşdirir. Limbik sistem insan beynində, əsasən, duyğular, yaddaş və motivasiya ilə əlaqəli olan bir struktur kompleksidir. Məsələn, insan komediya izlədikdə limbik sistem işə düşür.

Layihə təklifləri

Rəqəmsal hekayəçilik şagirdlərin əməkdaşlıq etməsi, məktəbdə və ondan kənarda uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməsi baxımından əhəmiyyətlidir. WeVideo “bulud” əsaslı interaktiv multimedia platforması müəllimlərə şagirdləri ilə bərabər rəqəmsal hekayəçilik layihələri üzərində işləməyə kömək edir və ISTE (International Society for Technology in Education - Təhsildə Texnologiya üzrə Beynəlxalq Cəmiyyət) standartlarına uyğun asan istifadəli multimedia vasitələri təqdim edir.

  1. Video ilə emosiyalar

Şagirdlər görüntü və səslərin müxtəlif emosiyaları necə oyatdığını nümayiş etdirən qısa videolar hazırlayır. Onlar oyatmaq istədikləri emosiyanı seçir və multimedia kompozisiyaları yaratmaq üçün görüntü, video və audio elementlərini birləşdirirlər. Səslər və görüntülər vasitəsilə hekayə danışmağın bunların hər birinin təkbaşına yaratdığından daha güclü emosiyalar oyatdığını araşdırırlar.

  1. Birgə tədqiqat layihəsi

Şagirdlər qruplara ayrılır, seçilmiş və ya təyin olunmuş mövzularda tədqiqatlarının nəticələrini nümayiş etdirən videolar yaradırlar. Bir-biri ilə əməkdaşlıq edərək fenomenləri, ideyaları, şəxsləri və ya digər mövzuları araşdırır və hesabat verirlər.

  1. “Mən” şeiri

Təhsilalanlar müəyyən bir mövzunu anlamaq üçün “Mən” video şeiri yaradırlar. Bu layihə, adətən, bioqrafik məlumatları paylaşmaq üçün istifadə olunur, lakin bir konsepti canlandırmaq və ya xüsusi baxış bucağından məlumat paylaşmaq üçün də istifadə oluna bilər. Şagirdlər terminləri və ya konseptləri anladıqlarını nümayiş etdirmək üçün "Mən" şeiri yaradırlar.

  1. “Kitabınızı canlandırın”

Təhsilalanlar ənənəvi kitab rəyi layihəsini video ilə canlandırır. 2-4 nəfərlik qruplarda kitabı müzakirə edir, xülasə yazır və videolarında izləyiciyə hansı mesajı çatdıracaqlarına qərar verirlər. Müəllimlər bu fəaliyyəti süjet, obrazların inkişafı və ya digər hekayə elementlərini öyrənmək üçün istifadə edə bilərlər. Şagirdlər düşündüklərini paylaşmaq və əsəri daha dərindən anlamaq üçün video əsaslı kitab təqdimatı yaradırlar.

Rəqəmsal hekayəçilik zəngin öyrənmə təcrübəsi üçün qapıları açan güclü pedaqoji vasitədir. Bu multimedia texnologiyalarını birləşdirərək müəllimlər şagirdlərin qəlbini və düşüncə tərzini cəlb edən dərin və təsirli öyrənmə təcrübəsi təqdim edir, eyni zamanda onlara öz yaradıcılıqlarını sərbəst şəkildə nümayiş etdirmək imkanı verirlər. Uşaqlar hekayələr danışmağı və sinif yoldaşlarının onları dinləməsini çox sevirlər. Beləliklə, rəqəmsal dünyanın yaratdığı imkanlar çoxdur. Önəmli olan onlardan səmərəli və məqsədli istifadə etməkdir.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Xəbər lenti

4 dekabr, 11:21
5

Hər il uşaqların 80-90%-i məktəbəqədər təhsilə cəlb olunur - Emin Əmrullayev

4 dekabr, 11:12
12

Nazir: Hədəfimiz məktəbəqədər təhsilə əlçatanlığın 50 faizə çatmasıdır

4 dekabr, 11:05
11

Felesiti Gilespi: Uşağın 22 aylıq inkişafı 26 yaşındakı təhsil göstəricisini müəyyən edir

4 dekabr, 10:52
9
4 dekabr, 10:44
7

""Green hands, green bags" daha yaxşı gələcək üçün" layihəsinin açılış mərasimi keçirilib

4 dekabr, 10:30
19

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

4 dekabr, 10:26
17

Afət Süleymanova: Fəaliyyətimin əhəmiyyətini elə təqdim etdilər ki, həyat hesabatımı yüngülləşdirdilər

4 dekabr, 10:16
10

ATU “Zəyəm Texnologiyaları Parkı” ilə əməkdaşlığa başlayıb

4 dekabr, 10:05
9

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

4 dekabr, 10:03
9

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

4 dekabr, 09:59
9

İSİ-də Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib

4 dekabr, 09:54
9

“COP29 - Azərbaycanda” qrant layihəsi çərçivəsində təlim keçirilib

4 dekabr, 09:37
11

Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

4 dekabr, 09:33
12

Riyaziyyatın əyləncəli və öyrədici təşkili ilə bağlı layihə icra olunur

4 dekabr, 09:29
8

“Data analitikası və təhsil tədqiqatları” işçi qrupunun təlim görüşləri davam edir

4 dekabr, 09:16
14

Rusiyada məktəb zəngləri klassik musiqi və populyar mahnılarla əvəzlənəcək

4 dekabr, 09:12
14

Harvard Universitetinin alimləri ürək xəstəlikləri riskini azaldan "sirr"i aşkar ediblər

3 dekabr, 21:04
59

Nazir müavini: Yeni ixtisaslar xüsusi tələblərə cavab verməlidir

3 dekabr, 20:56
25

Çin ibtidai və orta məktəblərdə süni intellekt təhsilini gücləndirəcək

3 dekabr, 19:58
12

ABŞ alimləri beyin dalğalarını skan etmək üçün elektron "döymələr" tətbiq ediblər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.