Vətəndaş müraciətlərinin statistikası açıqlanıb
Noyabrın 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 29 813 vətəndaş müraciəti daxil olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, müraciətlərin 18 574-ü çağrı mərkəzləri, 336-sı sosial media, 3 649-u "WhatsApp" vasitəsilə olduğu halda, 945-i elektron, 1 275-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 034 müraciət qeydə alınıb.
Müraciətlər xarici diplomların tanınması, olimpiada və müsabiqələr, məktəbdənkənar təhsil müəssisələrinə qəbul, şagirdlərin yerdəyişməsi və digər məsələlərlə bağlı olub.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)