Bütün xəbərlər
3 dekabr, 15:21

SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisi baş tutub. Tədbirin məqsədi SABAH qruplarının əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, məzunların məşğulluq göstəricilərini təhlil etmək, məzun assosiasiyasının təməlini qoymaq və tələbə-məzunlar arasında şəbəkələşməni təşviq etməkdir.

“Azərbaycan müəllimi” xəbər verir ki, foruma Elm və Təhsil Nazirliyinin rəsmiləri, universitet nümayəndələri və digər səlahiyyətli şəxslər qatılıb.

Nazir müavini İdris İsayev çıxışında təhsil ilə əmək bazarı arasında daha interaktiv əlaqələrin qurulmasının vacibliyini vurğulayıb:

“Gənclər gələcəyin tələblərinə uyğun məqsədlər müəyyən etməlidir”.

Milli Observatoriyanın direktoru Elnur Səfərli SABAH qruplarının məşğulluq göstəricilərinin ölkə üzrə 86% olduğunu qeyd edərək, məzunların orta əməkhaqqının 1250 manatdan yüksək olduğunu bildirib.

UNEC-in rektoru Ədalət Muradov SABAH qruplarının ali təhsil sistemində innovativ model kimi rolunu vurğulayıb:

“UNEC-də SABAH məzunlarının 100%-i işlə təmin olunur”.

Qeyd edək ki, forum iki gün davam edəcək. “SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi”, “Universitet-sənaye əməkdaşlığı”, “Liderlikdə vizyon və strategiya” mövzularında müzakirələr aparılacaq.

Tədbirdə tələbə və məzunların əl işlərindən ibarət “Virtual muzey”in təqdimatı, karyera sərgisi keçirilib. TEDx formatında çıxışlar və intellektual yarışlar təşkil olunacaq.

1 /8

Şərhlər

Xəbər lenti

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.