Bütün xəbərlər
18 oktyabr, 12:31

Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə təhsil tariximizdə özünəməxsus yeri və rolu olan İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, yubiley tədbirində Milli Məclisin deputatları, Respublikanın bir sıra ali məktəblərinin rektorları, elm xadimləri, tanınmış təhsil işçiləri və Qərbi Azərbaycan İcmasının nümayəndələri iştirak ediblər.

Qonaqlar, əvvəlcə, Pedaqoji Universitetin foyesində Qərbi Azərbaycanda Azərbaycan ictimai-siyasi mühitini və İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyət dövrünü əks etdirən sərgi ilə tanış olub, universitetin Filologiya fakültəsinin tələbələrinin ifasında müxtəlif milli rəqslərə tamaşa edib, şeirlər dinləyiblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri professor Mahirə Hüseynova 100 yaşlı İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin mövcud olduğu dövrdəki fəaliyyəti, keçdiyi şərəfli  inkişaf yolu haqqında danışmış, məktəbin görkəmli məzunlarının adlarını xatırlatmışdır. Bildirmişdir ki, erməni şovinizmi əhatəsində milli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin və adları təhsil tariximizə qızıl hərflərlə yazılmış fədakar müəllim kollektivinin misilsiz xidmətləri olub.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli milli-tarixi irsimizin tədqiqi və təbliği, xüsusən Qərbi Azərbaycan həqiqətlərinin təbliği baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Pedaqoji Universitetin bir çox layihələr icra etdiyini, ali təhsil ocağında Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıblar.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, millət vəkilləri Hikmət Babaoğlu, Ramin Həsən, Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, professor Əvəz Ələkbərov çıxış edərək İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin Qərbi Azərbaycanda milli maarifçilik mühitin inkişafında və formalaşmasındakı müstəsna xidmətləri, görkəmli məzunlarının elm, təhsil, mədəniyyət, dövlət quruculuğu sahələrindəki fəaliyyətləri barədə geniş məlumat veriblər.

Tədbirdə, həmçinin ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin müəllifi olduqları “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı təqdim olunub. Kitabda 1924-1948-ci illərdə fəaliyyət göstərən və Qərbi Azərbaycandakı milli məktəblərimizin pedaqoji kadrlarla təmin olunmasında müstəsna rolu olmuş məktəbin yaranması, inkişafı və məzunlarından bəhs olunur.

Sonda İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.