Bütün xəbərlər
1 sentyabr, 10:43

Astara rayonunun təhsil tarixində ilk dəfədir ki, bir qız məzun Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adına layiq görülüb. Bu şərəfli uğurun sahibi Nəhmətzadə Zərifə Eldəniz qızıdır. 

"Polis orqanlarında xidmət edən atası nümunə olub"

2008-ci ildə Astara rayonunun Alaşa kəndində dünyaya göz açan Zərifə təhsil yoluna 2014-cü ildə Səncərədi kənd tam orta məktəbində başlayıb. Daha sonra Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə oxuyub, 2025-ci ildə həmin məktəbi başa vurub. Buraxılış imtahanından 203, qəbul imtahanından isə 247 bal toplayaraq ümumilikdə 450 bal ilə Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adına layiq görülüb.

Zərifə məktəb illərində ədəbiyyat fənninə xüsusi maraq göstərib. O, müəllimi Xəyalə Nağıyevanın ona verdiyi dəstəyin bu seçimində mühüm rol oynadığını qeyd edir. Ədəbiyyata duyduğu maraqla yanaşı, hərbi peşəyə yönəlməsində atasının təsiri də az olmayıb. Polis orqanlarında xidmət edən atası onun üçün ən böyük nümunə olub və bu yolda ona ruhlandırıcı dəstək verib.

"Mən bu addımı atmaqla gələcəkdə başqa qızlara da yol açacağıma inanıram"

Hazırlıq illərinin gərginliyi, stresli günləri də az olmayıb. Xüsusilə də Polis Akademiyasına qızların qəbulunun aparılmaması onu müəyyən qədər məyus etsə də, hərb yolunu seçmək qərarından dönməyib. Bu yolda ilk addımı atan gənc qız deyir:

“Cənub bölgəsində qızların hərbi sahəyə yönəlməsi bir az qəribə qarşılanır. Amma mən bu addımı atmaqla gələcəkdə başqa qızlara da yol açacağıma inanıram. Rayonumuzun tarixində ilk qız kursant olduğum üçün qürur hissi keçirirəm. Digər qızlara da tövsiyə edirəm ki, bu çətin və şərəfli peşədə addımlamaqdan qorxmasınlar”.

Zərifənin arzuları böyükdür. O, gələcəkdə vətəninə layiqli xidmət göstərərək ən yüksək rütbələrə sahib olmağı qarşısına məqsəd qoyub. Ən əsası isə qızlara verdiyi mesajdır:

“Kimliyindən və şəxsiyyətindən asılı olmayaraq, ürəkdən bu vəzifəni istəyən qızlar bu yoldakı çətinliklərə dözməli, “qızın hərbi sahədə nə işi var?” kimi sözlərə əhəmiyyət verməməlidirlər!”.

Bu gənc kursantın səsindən həm güclü iradə, həm də böyük qürur duyulur. Zərifənin uğuru sübut edir ki, qızlarımız istədikdə hər bir maneəni dəf edə, ən çətin zirvələri fəth edə bilərlər.

Biz də “Azərbaycan müəllimi” redaksiyası olaraq Zərifə Nəhmətzadəyə bu şərəfli yolda uğurlar arzulayır, onun kimi cəsur və iradəli qızlarımızın sayının artmasını diləyirik.

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.