22 oktyabr tarixindən etibarən 2024/2025-ci tədris ilinin birinci yarımili üzrə peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesinə start verilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Müraciət etmək istəyən şəxslər “portal.edu.az” platformasında şəxsi kabinetə daxil olduqdan sonra “Təhsilalanların köçürülməsi və bərpası” xidmətini seçə bilərlər. Müraciət üçün son tarix 31 oktyabr, saat 18:00-dır.
Təhsil müəssisəsini və ya ixtisasını dəyişən və təhsil müəssisəsinə bərpa olunan şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Bu qayda eyni ixtisas üzrə təhsil müəssisəsini dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən və müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra təhsil müəssisəsinə bərpa olunan dövlət hesabına təhsil alan şəxslərə şamil olunmur. Təhsil haqqı tədris olunan ixtisas üzrə təyin edilmiş məbləğdə ödənilməlidir.
İlk peşə təhsili səviyyəsi üzrə təhsil alan və texniki peşə təhsili səviyyəsi üzrə birinci tədris ilini bitirməmiş tələbələrin təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir.
Müraciətçilər nəticələri barədə məlumatları müraciət qəbulu bitdikdən sonra 15 gün ərzində şəxsi kabinetdən əldə edə bilərlər.
Qaydalarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)