21 oktyabr 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Belarus Respublikasında işgüzar səfərdə olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri üçün Respublika Peşə Təhsili İnstitutunda (RİPO) “Peşə təhsil sisteminin modernləşdirilməsi mexanizmləri” mövzusunda ixtisasartırma kursları keçirilir.
Kurs müddətində iştirakçılar müasir şəraitdə peşə təhsilinin inkişaf tendensiyaları ilə tanış olacaqlar. Onlara işçi peşələr üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi metodologiyası öyrədiləcək. Eyni zamanda sənaye tərəfdaşlarının tələblərinə uyğun olaraq peşə təhsili proqramlarının məzmununun layihələndirilməsi mövzusu da tədris olunacaq. İştirakçılar həmçinin funksional analiz əsasında nəzəri və praktik dərslərin məzmununun hazırlanması ilə bağlı biliklər əldə edəcəklər. Belarus Respublikasında tədris prosesinin təşkili ilə tanışlıq və praktik məşğələlərin keçirilməsi üçün nümayəndə heyəti Smiloviç Dövlət Kolleci, RİPO-nun nəzdindəki Molodeçno Dövlət Politexnik Kolleci və Maşınqayırma və Avtoservis üzrə Müasir Texnologiyalar Kollecinə səfərlər edəcəklər.
24 oktyabr tarixində nümayəndə heyəti Belarus Respublikası Təhsil Nazirliyinin Təhsil Keyfiyyətinə Nəzarət Departamenti ilə birgə RİPO tərəfindən təşkil olunan “Təhsilin keyfiyyətinin təmin edilməsi: vəziyyət, problemlər və perspektivlər” adlı II Beynəlxalq Elmi-Metodik Konfransda iştirak edəcəklər.
Tədris proqramı ilə yanaşı nümayəndə heyəti üçün Belarus Respublikasının tarixi və mədəniyyəti ilə tanış olmaq məqsədilə mədəni proqram da təşkil olunub. Bu çərçivədə nümayəndə heyəti Böyük Vətən Müharibəsi Tarixi üzrə Belarus Dövlət Muzeyinə, həmçinin “Dudutki” xalq sənətləri və texnologiyaları muzey kompleksinə səfər edəcəklər.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)