Bütün xəbərlər
23 oktyabr, 16:53

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. 

Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək. 

Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.

Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı

Xəbər lenti

27 yanvar, 19:00

Alimlər dəniz suyunu duzsuzlaşdırmağın yeni üsulunu tapıblar

27 yanvar, 18:49

Şəki məktəbindəki yanğında xəsarət alan olmayıb - Rəsmi AÇIQLAMA

27 yanvar, 17:18

“Doğma yurdumda çalışmağım məni xoşbəxt edir” – Laçın məktəbinin müəllimi

27 yanvar, 16:59

“Azərbaycan məktəbi”nin gələcək planları müzakirə edilib

27 yanvar, 16:50

İlk dəfə beyin və süni intellekt arasında dialoq yaradılıb

27 yanvar, 16:43

ADA Universiteti 10 və 11-ci sinif şagirdləri üçün seminar keçirəcək

27 yanvar, 16:32

Pilot siniflərdə monitorinqlər aparılıb

27 yanvar, 16:25

Meşə yanğınları Los-Ancelesdə tədris prosesinə mane olub

27 yanvar, 15:54

UFAZ-ın tələbə və məzunlarının ideyası uğur qazandı

27 yanvar, 15:44

“myGov” vasitəsilə 800 vətəndaş peşə təhsili haqqında arayış əldə edib

27 yanvar, 15:35

Çinin qlobal “Təhsil gücü” planı

27 yanvar, 15:08

ADPU-da "Code for Future" layihəsinin payız semestri yekunlaşıb

27 yanvar, 15:04

AzMİU və Huawei arasında əməkdaşlıq İKT sektorunun inkişafında yeni imkanlar yaradacaq

27 yanvar, 14:55

Antarktidada buzların əriməsi vulkana səbəb ola bilər

27 yanvar, 14:42

“Nə olursa olsun, məqsədinizdən dönməyin” – Uğurlu şagirdlərin tövsiyələri

27 yanvar, 14:28

BANM tələbələrinin startapı ən yaxşı layihə seçildi

27 yanvar, 14:28

“Məktəbə gəlməkdən imtina edən şagirdlər indi dərslərdə həvəslə iştirak edirlər” 

27 yanvar, 14:03

Universitetlərin beynəlmiləlləşməsi: Almaniyanın yanaşması

27 yanvar, 12:51

“Məktəblinin dostu” şagird və valideynlərin güvənini qazana bilibmi? – MÜSAHİBƏ

27 yanvar, 12:32

Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini rədd edib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.