Azərbaycanın təhsil strategiyasında məktəbəqədər təhsilin inkişafı mühüm prioritetlərdən biri kimi qəbul edilir. Xüsusilə ucqar bölgələrdə və təhsil müəssisələrinin əlçatmaz olduğu ərazilərdə də uşaqların erkən yaşdan təhsil imkanlarına malik olması dövlətin əsas hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biri icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasıdır.
Bu layihə xüsusilə məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan kənd və qəsəbələrdə yaşayan uşaqların erkən təhsil alma imkanlarını artırmaqla yanaşı, valideynlərin və yerli icmaların məktəbəqədər təhsilin inkişafında daha fəal rol oynamasını təşviq edir.
"Azərbaycan müəllimi"nə verilən məlumata əsasən, bu təşəbbüs Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 85 ümumi təhsil məktəbində həyata keçirilir. Layihə çərçivəsində yaradılan 100 icma əsaslı məktəbəqədər təhsil qrupuna ümumilikdə 1200 uşaq cəlb olunub.
Layihənin məqsədi təkcə məktəbəqədər təhsilə əlçatanlığı təmin etmək deyil, həm də təhsilin keyfiyyətinin yüksəldilməsində vətəndaş cəmiyyəti nümayəndələrinin, icmaların və valideynlərin iştirakı və məsuliyyətini artırmaqdır.
Bu qrupların yaradılması ilə kənd yerlərində məktəbəqədər təhsil müəssisələri olmayan ərazilərdə yaşayan 3-4 yaşlı uşaqlar üçün təhsil imkanları genişlənir. Bununla bərabər, valideynlər və icma üzvləri tədris prosesinə yaxından cəlb olunaraq uşaqların inkişafına töhfə vermək imkanı əldə edirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)