Bütün xəbərlər
test
28 oktyabr, 09:24

İlqar Cəlalov uzun illər meşə təsərrüfatında çalışıb, texniki meşə ustasından direktor vəzifəsinədək yüksəlib. Ömrünün payızında yeni peşənin yolunu tutub, müəllim olmaq sevdasına düşüb.  

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsiykən ona arıçılıq ixtisası üzrə ixtisas fənn müəllimi olmaq təklif edilib, o da qəbul edib. İndi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Arı ailələrinin vəziyyəti, ziyanverici və xəstəlikləri” və “Arıçılığın təşkili, arının biologiyası, fiziologiyası, qidalanması və xüsusi ehtiyacları” modullarından həvəslə dərs deyir.  

“Azərbaycan müəllimi”nə müsahibəsində İlqar Cəlalov necə müəllim olmağından, müəllimlikdə ilk addımlarından danışıb. Dediyinə görə, orta məktəbi kənddə bitirib, ali təhsili Rusiyada alıb, hərbi xidməti Uzaq Şərqdə keçib.

Bal yarışlarının qalibi  

İlqar Cəlalov Qəbələ rayonunun Bunut kəndindəndir. 40 ilə yaxın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan qurumlarda meşə təsərrüfatı sahəsində çalışıb. Elə burada işləyə-işləyə meylini arıçılığa salıb. Çox da ki, arı meşə canlılarındandır, arıçılıqda uğurdan əvvəl uğursuzluq yaşayıb, amma indi arıçılıq üzrə müəllimdir: “Balı çox sevdiyim üçün arılara marağım vardı. Marağım həm də işimdən irəli gəlirdi. Axı meşə təsərrüfatı ilə arıçılıq vəhdət təşkil edən sahələrdir. Meşəçi olaraq arının əhəmiyyətini bilirəm. Ona görə arı bəsləməyə başladım. Amma 3 il arılarım qışlamadan çıxmadı. Bir gün bazarda dəzgahın üstündə Qulam Hüseynlinin “Arıçılıq” kitabını gördüm. Kitabı alıb oxuyandan sonra anladım ki, arıçılıq bir elmdir. Bundan sonra hər şey dəyişdi, nəinki arılarım qışlamadan çıxdı, bal yarışlarına qatıldım, qalib oldum”.

Bundan sonra anlayıb ki, arılara kor-koranə yanaşmaqla nə onlardan bal almaq olar, nə də onları yaza çıxartmaq. Daha çox oxuyub, müxtəlif mənbələri araşdırıb. Müxtəlif səviyyəli konfranslara qatılıb, məşhur rus arıçıların mühazirələrini dinləyib. Azərbaycanda və Türkiyədə keçirilən beynəlxalq konfranslara istehsal etdiyi balla qatılıb: “2022-ci ildə İstanbulda keçirilən Dünya Arıçılıq Konqresində iştirak etdim, Azərbaycanda 9 beynəlxalq konfrans keçirilib və hamısının iştirakçısı olmuşam. Müxtəlif ölkələrdən təcrübəli arıçıların iştirakı ilə keçirilən həmin konfranslarda təşkil olunan bal yarışlarının 4-nün qalibiyəm. Balım fiziki-kimyəvi laborator analizlərin nəticələrinə görə, 2 dəfə birinci, 1 dəfə 2-ci, 1 dəfə isə 3-cü yeri tutub. Təbii bal istehsalına görə 5 medalım var”.

Peşə təhsili almaq müəllimlik həvəsi yaradıb

İlqar Cəlalov arıçılıqda uğur qazanandan sonra peşə təhsili almaq istəyinin nədən qaynaqlandığına da aydınlıq gətirib: “Bazarda kitab dəzgahında qarşıma çıxan “Arıçılıq” kitabı bu sahədə böyük dönüş əldə etməyimi təmin etdi. Bunu görəndən sonra daha çox oxuyur, daha çox araşdırırdım. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ötən il 1 illik qruplar açıldığını eşidəndə mən də oxumağa qərar verdim. Hiss edirdim ki, hələ öyrənməliyəm və burada öyrənə biləcəyim nəsə olacağına inanırdım. Ona görə də peşə təhsili üçün müraciət etdim, qəbul olundum. Qrupda 18 nəfər idik. Qrup yoldaşlarım üçün də mənimlə bir yerdə təhsil almaq maraqlı oldu. Arıçılıqda metod və üsullar var ki, onları tələbə yoldaşlarımla paylaşırdım. Dərslərimiz çox maraqlı keçirdi. Bəzən özümü müəllim kimi hiss edir, müəllim olaramsa, başqa nələri paylaşa biləcəyimi xəyal edirdim. Tələbə yoldaşlarımla bilgi paylaşımı mənim üçün əsl sınaq oldu. Təhsilimi əla qiymətlərlə başa çatdırıb peşə qazandım, sənədli arıçı oldum”.

Ötən tədris ilində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq məcburi köçkünlər üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli kurslar təşkil ediləndə müəssisənin uğurlu tələbələrindən biri kimi İlqar Cəlalovu da prosesə cəlb ediblər: “Məcburi köçkünlərin təhsil aldığı arıçılıq qrupuna təcrübəmi bölüşməyi təklif elədilər. Mən də məmnuniyyətlə bunu etdim”.

“Arıçılığı öyrətmək, bu işin müəllimi olmaq arzum idi”

Bu, təcrübəli arıçıda sevdiyi məşğuliyyət üzrə müəllim olmaq həvəsi yaradıb. Müəllimliyi ilk dəfə onda sınaqdan çıxaran İ.Cəlalov arıçılığı öyrətməyi daimi işinə çevirməyə qərar verib: “Arıçılığın biologiyasını, fiziologiyasını oxuyub öyrənəndən sonra onun dərin bir elm olduğunu anladım. Bundan sonra kənddə, rayonda  tanıdığım arıçıları həmişə maarifləndirmişəm. Yəni, onsuz da dinləyən hər kəsə arıçılıqdan danışmağı sevirdim. Peşə təhsili alandan sonra ürəyimdən keçənlər reallaşdı. Arıçılığı öyrətmək, bu işin müəllimi olmaq arzum idi, o da həyata keçdi”.

Müəllim olmaq üçün mərkəzləşdirilmiş qaydada keçirilən peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu imtahanlarına qatılıb: “Arıçılıq müəllimi olmaq üçün təsərrüfatının olması, arıçılıq təcrübənin olması, yaxud peşə təhsilinin, təhsil sənədinin olması yetərli deyil. Müəllim olmaq üçün imtahan verməli, həqiqətən bu işi bacaracağını sübut etməlisən. Peşə təhsili müəssisələrində arıçılıq müəllimi üzrə vakant yer olduğunu biləndə müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldım, mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarda iştirak etdim. Həm kurikulum, həm də ixtisasım üzrə suallara cavab verib, keçid balından da yuxarı bal toplayaraq, bu ixtisas üzrə müəllim olmaq şansı qazandım. Bu gözəl ixtisası arıçı olmaq istəyənlərə öyrətmək mənim üçün xoşdur. Müəllimlikdə çox həvəslə işləyirəm”.

Xəbər lenti

26 dekabr, 21:10

Yaşıl dünyanın Qarabağ modeli

26 dekabr, 17:18

Təhsilverənlərin sertifikatlaşdırma qaydasına dəyişiklik edildi

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.