22 oktyabr tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətinin peşəkar inkişafına yönəlmiş ixtisasartırma təlimlərinə start verilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ilk mərhələdə dərzi, moda-dizayn və qrafik dizayner ixtisasları üzrə təşkil edilən təlimlərə qatılan müəllimlər təlimlərin sonunda sertifikatlarla təltif olunublar.
İxtisasartırma təlimlərinə hazırlıq məqsədilə təhsil verənlər arasında təlim ehtiyacları sorğusu həyata keçirilib. Bu sorğu nəticəsində müəyyən edilən ehtiyaclara əsasən müəllimlər İKT, xidmət, tikinti, avtomobil, turizm və digər istiqamətlər üzrə mərhələli şəkildə müvafiq təlimlərə cəlb olunacaqlar.
Təhsilverənlərin ixtisasartırma təlimlərinin əsas məqsədi beynəlxalq təcrübələr əsasında iş yerlərində təlim və stajkeçmə mexanizminin yaradılması, müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən işəgötürən müəssisələrdə çalışan mühəndis-pedaqoji heyətin peşəkar bacarıqlarının daha da inkişaf etdirilməsinə dəstək olmaqdır. Bu təşəbbüs təhsilverənlərin müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasına və peşə təhsili sahəsinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)