Oktyabr ayında “eTwinning” layihəsi çərçivəsində Qəbələ və Cəlilabad Dövlət Peşə Təhsil mərkəzlərində pedaqoji heyətlə bir sıra görüşlər təşkil edilib. Görüşlərin keçirilməsində əsas məqsəd peşə təhsil müəssisələrində layihə əsaslı tədrisin təşkili və şagirdyönümlü dərs modelinin yaradılması, eləcə də onlayn peşəkar inkişaf imkanlarından yararlanmaq barədə müəllimləri məlumatlandırmaq olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihə səfirləri rəqəmsal mühitdə tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və kompüter elmləri ilə kodlaşdırma sahəsində biliklərin artırılması mövzuları haqqında ətraflı məlumat veriblər. Eyni zamanda onlayn mühitdə şagird təhlükəsizliyinin təmin olunması mövzusu müzakirə edilib.
Növbəti mərhələdə müəllimlərin platforma üzrə iş təlimlərinə cəlb edilməsi və beynəlxalq əməkdaşlıq çərçivəsində ortaq dərs modellərinin qurulması nəzərdə tutulur.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)