
Təhsil Tələbə Krediti Fondu əlavə təhsil üçün də təhsil krediti verir.
Bunu “Azərbaycan müəllimi”nə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.
Onun sözlərinə görə, tələbə birinci təhsil müddətində təhsil tələbə kreditindən yararlanmayıbsa, əlavə ali təhsil zamanı müraciət edib təhsil tələbə krediti götürə bilər:
“Bu zaman şərtlər olduğu kimi qalır, yəni 1-ci kursun 1-ci semestri üçün tələbənin qəbul balına baxılır. Digər semestrlər üçün isə tələbənin akademik göstəriciləri əsas götürülür. Yəni ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar) və akademik borcu (kəsir) olmayanlar TTK götürə bilərlər”.
B.Əzimov deyib ki, Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir: “Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilib. Qaydaya əsasən, kreditlərdən ali təhsil pilləsinin bakalavriat və magistratura, tibb təshili üzrə rezidentura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani və ödənişli (öz vəsaiti hesabına) təhsil alanlar yararlana bilirlər.
Bu günə kimi fonda 54 minə yaxın müraciət daxil olub, 44 minə yaxın təhsil krediti müqaviləsi rəsmiləşib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər