Qrant layihə çərçivəsində özəl bağçalara qəbulda bu şəxslərin övladlarına imtiyazlar tətbiq edilir
“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində güzəştli kateqoriyaya aid şəxslərin övladları üçün xüsusi imtiyazlar mövcuddur.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.
O bildirib ki, imtiyazlar uşaqların özəl məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilməsi prosesində xüsusi olaraq nəzərə alınır.
“İlk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsil alan anaların, çoxuşaqlı ailələrin (6 və daha çox uşaq) övladları və qəyyumluqda olan uşaqlar bağçaların boş yerlərinə yerləşdirilir. Bu yanaşma sosial ədaləti təmin etmək baxımından son dərəcə önəmlidir”.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)