21 noyabr 2024

Bütün xəbərlər
test
4 noyabr, 15:45
309

Bakı Dövlət Universitetində (BDU) ilk “TələbəPlus” kartları universitetin ən yüksək bal toplayan 14 tələbəsinə təqdim edilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, “Kapital Bank”ın Korporativ satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov, ”Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev, tələbə və müəllimlər iştirak ediblər.

Elçin Babayev Təhsilin İnkişafı Fonduna təşəbbüsə və təşəbbüsün qısa müddətdə reallaşdırıldığına görə təşəkkür edib. Rektor tələbələri təbrik edərək bildirib ki, “TələbəPlus” kartlarının ilk növbədə universitetin ən yüksək bal toplayan tələbələrinə təqdim edilməsi onlar üçün stimuldur: “Bu da göstərir ki, zəhmətiniz hədər getməyib. Kartları ilk sizin almağınız özü də sizə verilən dəyərdir”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri  Elnur Nəsibov bildirib ki, 1 ildən artıqdır üzərində çalışdıqları layihə artıq reallaşıb: “Bu il ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək”.

E.Nəsibov imtiyaz və güzəştlər verən kartın növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşlara da şamil ediləcək.

İndiyədək pərakəndə satış, geyim, yemək, qida və s. sahələr üzrə 200-dən artıq şirkətlə razılığın əldə olunduğunu deyən E.Nəsibov “Tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, keşbək və endirimlərin olmasına nail olmuşuq. 10-12 gün əvvəl Mədəniyyət Nazirliyi ilə də müqavilə imzalanıb və mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə üçün güzəştlərə nail olunacaq”, - deyib. 

E.Nəsibovun sözlərinə görə, “TələbəPlus” 20-yə yaxın təlim tədris mərkəzi, kurslarda 20 faiz endirim verəcək. “Araz” marketlər şəbəkəsi ilə danışıqlar aparılır. Burada da 5 faizədək endirimlərin olacağı gözlənilir. Gələcəkdə idman, fitness, turizm, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin əlavə edilməsi üçün danışıqlar gedir. Nəqliyyat – yerüstü, yeraltı, şəhərdaxili, şəhərlərarası nəqliyyat vasitələrini də əhatə edəcək endirim və güzəştlər də gözləniləndir.

E.Nəsibov tədbirdə “TələbəPlus” kartının şüarını da açıqlayıb: “Tələbə olmaq üstünlükdür” şüarı ilə istəyirik ki, tələbə olmağın üstünlük olduğunu vurğulayaq”.

“Kapital bank”ın korporativ satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov təhsilin bankın korporativ sosial fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb: “Hazırda təhsil alan tələbələr ölkənin gələcək inkişafında mühüm rol oynayacaqlar. Bu kontekstdən yanaşdıqda layihə bank üçün də böyük dəyər kəsb edir. Bu layihəyə qoşulmaqla tələbələrimizə xidmət göstərməyə hazır olduğumuzu bildirmək istəyirik”.

“Visa”nın ölkə üzrə meneceri Nurlan Hacıyev təmsil etdiyi şirkətin fəaliyyətinə diqqət çəkib, rəqəmsal ödənişlərdə “Visa”nın dünya lideri olduğunu deyib. Son 5-10 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayaraq, ölkənin artıq strateji bazarlardan birinə çevrildiyini, rəqəmsal ödənişlərin burada da həyatın vacib reallığı olduğunu deyib: “Rəqəmsal Azərbaycan” Azərbaycan strategiyasıdır və biz sizinlə birlikdə rəqəmsal Azərbaycanı qurmalıyıq. Bu baxımdan Təhsilin İnkişafı Fondu, “Kapital bank”, “Visa” çalışacaq ki, “TələbəPlus” maksimum imtiyazlar yaratsın, sizin tələbatınıza uyğun formalaşsın və ən yaxşı məhsullardan biri olsun”.

“TələbəPlus” kartının ilk istifadəçisi olan 14 yüksək ballı tələbədən biri “Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Qasımov çıxış edərək, bu layihəyə görə təşəkkür edib: “Bura gəlib çatmaq əziyyətlə olub və burada bizə dəyər verildiyini görmək xoş hissdir. Gələcək fəaliyyətimiz, karyera istiqamətində inkişafımız üçün bu kartın verdiyi əlavə imkanlara görə təşəkkür edirəm”.

1 /6

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/98ef6ace-f8b4-45ec-a4fc-83c5d65c096e_4d31432a-d484-4512-a875-06090598fc7b.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/3029eaa4-6d6f-47c3-acdb-ce5a1a585c12_ebdba282-6feb-4ee1-b62c-ae57c066bada.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/2f4e3727-1a7c-493a-ba76-6edc98fefd7f_5b072d25-29be-4a91-8d0e-9ebb8d7e1dbd.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/7cb3a943-2107-47a3-aafa-8b8d739ac667_8aeaa6d1-f0cc-45b4-ac35-a9a3a09579e9.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/2d4630f0-8f94-4615-967a-14d07234f5da_87d86257-7ef4-45c0-899d-efb21f530e2a.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20November%202024/9c6294ba-70df-4e10-ba84-5dcb9f817875_a582249a-38be-4cdb-8e96-ce637f7b68d8.jpg

Xəbər lenti

21 noyabr, 14:06
7

İqlim Bəyannaməsi uşaq hüquqlarının qorunması istiqamətində mühüm addım olacaq – Kəmalə Aşumova

21 noyabr, 13:47
9

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
14

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
10
21 noyabr, 12:43
19

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
10

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
52

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
36

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
26

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
12

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
15

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
16

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
22

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.