31 oktyabrda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun növbəti dəfə vətəndaş qəbulu baş tutub.
Bu barədə “Azərbaycan müəllimi”nə Agentlikdən məlumat verilib. Bildirilib ki, Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bir sıra məsələlər yerində həllini tapıb, bəzi müraciətlər isə daha ətraflı araşdırılmaq üçün nəzarətə götürülüb. Agentliyin səlahiyyətlərinə aid olmayan müraciətlər üzrə aidiyyəti quruma müraciət edilməsi üçün tövsiyələr verilib.
2024-cü ilin yanvar - oktyabr ayları ərzində ümumilikdə, 400-dən artıq şəxs Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində vətəndaş qəbulunda iştirak edib.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində həftənin hər günü vətəndaş qəbulu cədvəlinə uyğun olaraq qəbul həyata keçirilir.
Vətəndaş qəbulunda iştirak etmək üçün Agentliyin çağrı mərkəzinə (146-7) müraciət edə bilərsiniz.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)