Noyabrın 6-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə təşkil olunan "Zəfər" elm müsabiqənin final mərhələsi keçirilib.
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, Şəki şəhər 11 nömrəli tam orta məktəbdə baş tutan müsabiqənin yekun mərhələsində 467 nəfər məktəbli öz bilik və bacarığını sınayıb. Rayon-şəhər mərhələsində olduğu kimi, finalda da şagirdlərə 20 sualdan ibarət test tapşırığı təqdim edilib və cavablandırma üçün 90 dəqiqə vaxt ayrılıb.
Olimpiadanın qaliblərinin adları yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, müsabiqənin məqsədi Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfəri əbədiləşdirmək və yaradıcı təfəkkürü ilə seçilən istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)