Bütün xəbərlər
7 noyabr, 14:32

Bizim ağ-qara ekranına baxdığımız bir televizorumuz var idi babamgilin evində.

Hər axşam saat 20:00-da babam televizorun qarşısında əyləşirdi ki, atəşkəs pozulmayıb sözlərini eşitsin. Yaxşı yadımdadır ki, mən həmişə divanın önündə yerdə əyləşərdim. Babam hər dəfə əlini divanın başına bir az bərk vuranda mən onu daha yaxından hiss edə bilirdim. Anlayırdım ki, yenə də nəsə pozulub.

Bir də yadımdadır hava proqnozları. Hər dəfə hava proqnozunu səsləndirən xanımın səsini eşidəndə babam kəndlərindəki evlərinin həyətinin, meyvə ağaclarının həmin an necə olduğunu xatırlayırdı. Məsələn, narın artıq üstünün bağlanan vaxtıdır, qapını indi qar alıb, gərək kürüyüb qarı tökəsən qırağa ki, evə giriş-çıxış rahat olsun və ya qonşu Məhəmmədgilin həyətində soyuq indi suları dondurubdur…

Deyirlər dünyada iki əzəmətli güc var: qılınc və ruh. Sonda ruh qılınca qalib gəlir.

Biz öz tariximizdə, öz mübarizəmizdə bunun nə qədər doğru olduğunu bir daha dərk etdik. Vətən müharibəsi dövründə ruhumuzun qələbəsində, vətənpərvərlik ruhunun formalaşmasında kütləvi informasiya vasitələrinin, o cümlədən radio və televiziyanın rolu danılmazdır

Hər bir döyüşün qoyduğu bir iz var. Bəzən qəlblərdə, bəzən tarixdə, bəzən nümunələrdə… Biz bu gün, gələcək nəsillərə yalnız zəfərlərin möhtəşəmliyini deyil, həm də zəfərlərə gedən yolda döyüşlərin və qəhrəmanlıq mübarizəsinin səsini və təsvirini miras qoyuruq.

1992-1993-cü illərdə erməni silahlılarının törətdikləri vəhşiliklər - Xocalı, Qarakənd, Başlıbel faciələri, vətəndaşlarımızın üzləşdiyi digər müsibətlər lentə alınmasaydı, məlumatlar xalqa çatdırılmasaydı gənclərimizdə düşmənə nifrət, vətənə məhəbbət hissləri formalaşardırmı? Bu faciələr əgər kütləvi informasiya vasitələri, televiziya və radio tərəfindən bütün dünyaya daşınmasaydı, ekranların qarşısında əyləşən o balaca uşaqlar bu gün o qətiyyətli və dönməz vətənpərvərlik ruhunu necə görə bilərdi?

Azərbaycanın televiziya və radioları 1988-ci ildən başlayaraq bir gün də olsa, Qarabağ məsələsinin gündəmdən düşməsinə imkan vermədi, məcburi köçkünlərimizin problemlərini, Ordumuzun qəhrəmanlıq salnamələrini, əzmimizi və birliyimizi bütün dünyaya nümayiş etdirdi.

2020-ci il 27 sentyabr tarixindən başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsini - qazanılan hər bir qələbəni biz televiziyalarımızın gözü ilə izlədik, radiolarımızın səsi ilə dinlədik. Vətən müharibəsi və ondan sonrakı günlərdə də televiziya və radiolarımız bizə Qarabağ həqiqətlərini çatdıran əsas informasiya mənbələri oldular.

Azərbaycan mediası həmin dövrdə həm özünün ən şanlı dövrünü yaşadı, həm də ən böyük sınağını vermiş oldu.

44 günlük Vətən müharibəsi təkcə döyüş meydanında, qılınc gücündən deyil, eyni zamanda informasiya müharibəsində də böyük qələbəyə imza atdı.

Televiziyalarımızın, radio kanallarımızın müharibə dönəmindəki cəsarəti, həm də həmin dövrün, informasiya müharibəsinin real qəhrəmanlarını da ortaya çıxardı.

Biz dünyaya öz haqqımızı və gücümüzü bir daha göstərdik. Çox zaman bir ekranın qarşısında oturaraq döyüş meydanındakı əsgərlərimizlə birlikdə yaşadıq o zəfərlərin hər anını.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə daxil olan telekanallar 44 günlük Vətən müharibəsində informasiya müharibəsinin flaqmanları oldular. Onlar təkcə yerli və xarici auditoriyaları informasiya ilə təmin etmədilər, həm də ölkəmizin haqq savaşının zəruriliyini, Ordumuzun peşəkarlığını, beynəlxalq konvensiyalara uyğun müharibə aparıldığını bütün dünyaya nümayiş etdirdilər.

Döyüş meydanında əsgərlərimiz, informasiya müharibəsində isə televiziya və radiolarımız hücuma keçmişdilər və qələbəyə doğru inamla irəliləyirdilər.

Bu qəhrəmanlar həyatlarını təhlükə altına alaraq, müharibənin ortasında, çətin şəraitdə, gözlərini qırpmadan, hər gün cəbhə və cəbhəyanı bölgələrdən, şəhər və kəndlərimizdən canlı yayımlar etməyə başladılar. Məhz onların sayəsində biz Gəncəyə, Bərdəyə erməni terrorunun necə dəhşət gətirdiyini, necə böyük bir faciə ilə qarşılaşdığımızı bilirdik. Çox keçmədən bu yayımlar dünya mediasına çatdırılırdı.

Ekranlar bizi qarşısında əyləşib onu izləyən böyük bir ailəyə çevirdi.

Vətən müharibəsinin ən parlaq anları, şübhəsiz ki, Şuşa şəhərinin azad olunması ilə bağlı xəbərin yayımlandığı an idi. O an bir xalq olaraq sevinc və təbəssümlə, qürur və fəxarət hissi ilə ekranların qarşısına toplaşan bir ailəyə çevrildik.

Böyük bir həyəcanla televiziyanın ekranına baxırdım, gözlərim həm dalğalanan bayrağımızda, həm dəmir yumruqda, həm də babamın həyəcanında idi. O an, hər şey bir araya gəldi: həm zəfər, həm də qətiyyətli inam.

1926-cı il noyabrın 6-da Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi eşidilirdisə, 94 il sonra televiziya və radiolarımız vasitəsilə “Şuşa, sən azadsan!” xəbəri yayımlandı.

Azərbaycan televiziyası və radiosu özünün ən müzəffər xəbərini yayımladı.

Noyabrın 6-da peşə bayramını qeyd edən, iki gün sonra isə Şuşanın Ordumuz tərəfindən azad olunması xəbərini xalqa çatdıran jurnalistlərimiz informasiya meydanında zəfər qazandılar.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində həlak olmuş on minlərlə şəhidimizin sırasında jurnalistlər də var. Onlar yalnız peşə borcunu yerinə yetirmədilər, onlar həm də bizə bu böyük mübarizənin və haqqın, doğru məlumatın nəyə xidmət etdiyini göstərdilər.

Müharibə heç vaxt yalnız döyüşlə aparılmır.

İnformasiya müharibəsində yazılan xəbərlə, çəkilən kadrla, söylənən sözlə də qalib gəlinir.

Bəli, biz qazanmışıq - yalnız döyüşdə deyil, həm də informasiya cəbhəsində!

Zenfira SEVDİMALI,
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri

Şərhlər

Xəbər lenti

24 iyun, 18:18

Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında iştirak edib

24 iyun, 18:14

İmtahanın dördüncü günü – Kimya-biologiya müəllimlərindən yüksək nəticə

24 iyun, 17:45

Hazırlıq və məsuliyyət uğurun əsas şərtləridir” – Maksimum bal toplayan müəllim

24 iyun, 17:42

Nazir: Bizdə müəllimlik yarımştat işdir, bunu dəyişməyə çalışırıq

24 iyun, 17:41

İdarəetmənin qeyri-mərkəzləşdirilmiş formaya keçidi üçün işlər aparılır – Nazir

24 iyun, 17:28

“Sertifikatlaşdırma ailə büdcəmizə də müsbət təsir göstərəcək” – Naxçıvanda imtahandan uğurla keçənlər 

24 iyun, 17:23

“Xüsusi təhsilə yanaşma çox köhnədir” – Nazir

24 iyun, 17:23

Nazir: Məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var

24 iyun, 16:58

60 bal topladı – Region birincisi oldu

24 iyun, 16:45

“Uğur çalışana qismət olur” – İmtahanda 60 bal toplayan müəllim

24 iyun, 16:45

“İmtahanın daha çətin olacağını düşünürdüm” – Sertifikatlaşdırmadan keçənlərin təəssüratları

24 iyun, 16:41

Emin Əmrullayev: Məktəblərdə Çin dilini tədris etmək istəyirik

24 iyun, 16:33

AzTU-da “Məzun günü-2025” tədbiri keçirilib

24 iyun, 16:16

Region birincisi: Müəllimlər məktəb dərsliklərini mükəmməl bilsələr, kifayət edir

24 iyun, 16:11

Kənd məktəbinin müəllimi Naxçıvan üzrə birinci oldu

24 iyun, 16:09

AzMİU-da dünya alimləri inşaatın müasir problemlərini müzakirə etdilər

24 iyun, 16:02

Uğurun sevincini yaşayanlar – sertifikasiya davam edir

24 iyun, 15:51

Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 iyun, 15:16

RFO qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

24 iyun, 15:04

Qismən akademik tanınma prosesinin həyata keçirilməsinin vaxtı uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.