Bütün xəbərlər
8 noyabr, 12:40

Bayram tədbirləri uşaqları daha vətənpərvər edir, onları milli dəyərlərimizə daha sıx bağlayır 

Hər bir azərbaycanlının ürəyində qürur hissi oyadan Zəfər bayramı xalqımızın iradəsi və cəsarətinin təntənəsidir. Bu gün Azərbaycanın haqq savaşının qələbə ilə yekunlaşdığı, 30 illik işğala son qoyulduğu tarixdir. Bu tarixi gün münasibətilə Azərbaycanın hər bir bölgəsində, eləcə də Mərkəzi Aran və Şəki-Zaqatala Regional idarələrinin tabeliyindəki məktəb və bağçalarda xüsusi tədbirlər təşkil olunub. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir, Ucar, Ağdaş, Göyçay, Mingəçevir, Yevlax və Zərdab rayonlarının məktəb və bağçalarında, həmçinin Şəki-Zaqatala Regional İdarəsinin tabeliyində olan Şəki, Oğuz, Zaqatala, Qax, Balakən və Qəbələ rayonlarının məktəblərində Zəfər bayramı coşqusunu əks etdirən tədbirlərin keçirilməsi xalqımızın bu möhtəşəm tarixə olan sevgi və bağlılığını göstərir.

Bu bayram yalnız qələbənin qeyd edilməsi deyil, həm də gənc nəslə milli vətənpərvərlik ruhunun aşılanması üçün əvəzolunmaz bir fürsətdir. Təhsil müəssisələrində keçirilən Zəfər bayramı tədbirləri, açıq dərslər və yarışlar Azərbaycanın qəhrəmanlıq dolu tarixini gələcək nəsillərə çatdırır, onları vətənə daha sıx bağlayır.

Zəfər Gününün tədrisdəki rolunun gücləndirilməsi

Mərkəzi Aran və Şəki-Zaqatala regional idarələrinin tabeliyində olan hər bir məktəbdə və bağçada bayram ərəfəsində şagirdlərə Azərbaycanın zəfər yolu haqqında geniş məlumatlar verilir. Təhsil müəssisələrində keçirilən tədbirlər müəllimlərimizin Vətən sevgisini və milli ruhu gənc nəslə çatdırması üçün bir platformadır. Qazilər məktəblərdə şagirdlərlə görüşərək onlarla döyüş xatirələrini bölüşür, bu görüşlərdə şagirdlər Vətənin hər bir qarışının necə böyük fədakarlıqla qorunduğunu daha dərindən dərk edir, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları ilə qürur duyur, milli dəyərlərimizə daha sıx bağlı olurlar.

Bu gün hər bir məktəbdə şagirdlərin dilində “Biz Mübarizik, bir Fəridik, biz bir ölərik, min dirilərik – təki Vətən sağ olsun!” şüarı dolaşır. Mərkəzi Aran Regional İdarəsinin tabeliyində olan yeddi rayonda, Şəki-Zaqatala Regional İdarəsinin tabeliyindəki altı rayonda keçirilən Zəfər bayramına həsr olunan tədbirlərdə milli qəhrəmanların döyüşdə göstərdikləri şücaət vətənpərvərlik ruhunu daha da gücləndirir. Müəllimlərimiz bayram sevincini şagirdlərə qürur və fəxarətlə çatdırır, onları bu coşqu ilə böyüdürlər. Vətən torpağını qorumaq və sevmək şagirdlərə təkcə tarix dərsində deyil, hər bir dərsdə çatdırılır. Bu, sadəcə bir dərs deyil, Vətənə sevgi hissinin şüurlarda və qəlblərdə dərinləşməsidir.

Tədris prosesində Vətən sevgisinin aşılanması məqsədilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin həyata keçirdiyi “Qarabağa virtual səyahət” layihəsi və Şəki-Zaqatala Regional İdarəsinin təşkil etdiyi “Zəfər” elm müsabiqəsi şagirdlərin Qarabağ və Azərbaycanın digər tarixi məkanları haqqında dərin biliklər əldə etməsinə, milli-mədəni sərvətimizi daha yaxşı tanımasına şərait yaradır. Bu layihələrdə yüzlərlə şagird Qarabağın hər guşəsi ilə tanış olur və Vətənimizin zəngin mədəniyyətini, tarixini öyrənir.

Şəhid və qazilərin qəhrəmanlıq hekayələri əbədiləşdirilir

Vətən uğrunda şəhid olan igidlərimizin hekayələri məktəblərdə müxtəlif formalarda əbədiləşdirilir. Müəllimlər şagidlərin Şəhidlər xiyabanlarına ziyarətlərini təşkil etməklə, onları bu qəhər dolu hekayələrlə tanış etməklə həm də Vətəni  sevən gənclərin yetişdirilməsinə dəstək verirlər. 

Bağçalar da bu tərbiyəvi tədbirlərin bir hissəsi olaraq, uşaqların qəlbində Vətən sevgisini aşılayır. Kiçik yaşlarından bu torpaqların müqəddəs olduğunu dərk edən azyaşlılarımız ölkəmizin layiqli vətəndaşları kimi yetişirlər. Bağçalarda keçirilən bayram tədbirləri sayəsində o balaca fidanların qəlbində Vətən sevgisi ilmə-ilmə, naxış-naxış toxunur.

Bu bayram ölkəmizin əbədi və bölünməz olduğunu gənc nəslə çatdırmaq baxımından bir həyat dərsi kimi dəyərlidir.

1 /9

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.