Bütün xəbərlər
16 noyabr, 10:17

Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi seminar keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi “Yaşıl kitabxana konsepsiyası” mövzusunda məruzə edib. Əvvəlcə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyəti diqqətə çatdırılıb. Bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs olunub. "Yaşıl dünya naminə həmrəylik ili"ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin ölkəmizə, dövlət başçımıza olan etimadın göstəricisi olduğu vurğulanıb.

Məruzədə kitabxana-informasiya fəaliyyətində yeni və mühüm istiqamət kimi meydana çıxan yaşıl kitabxana konsepsiyası şərh olunub, bu konsepsiyanın reallaşdırılmasının cəmiyyətin həyatında oynayacağı rolun mahiyyəti və məzmunu geniş şəkildə izah edilib. Xarici mütəxəssislərin bu sahədə apardığı tədqiqatlar barədə ətraflı məlumatlar iştirakçıların nəzərinə çatdırılıb. Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (IFLA) hesabatları və qəbul etdiyi müvafiq sənədlər əsasında hazırlanmış təqdimatda yaşıl kitabxana konsepsiyasının məqsədi, arxitekturası, vəzifələri elmmetrik səviyyədə öyrənilib. Pərviz Kazimi qeyd edib ki, hazırda yaşıl kitabxana hərəkatının genişləndirilməsi, bu tipli kitabxanaların standartlaşdırılması və sertifikasiyası məsələləri aktual problemlərdəndir: “Yaşıl kitabxana konsepsiyasının həyata keçirilməsi proseslərində enerjiyə və digər resurslara qənaət, ətraf mühitin və insan sağlamlığının qorunması kimi amillər diqqət mərkəzində olmalı, bu mühüm tələblərə cavab verən infrastruktur yaradılmalıdır”.

Məruzədə ölkəmizdə fəaliyyət göstərən kitabxanaların bu istiqamətdə mövcud resurs və potensiallarından da bəhs olunub.

Elmi seminar müzakirələrlə davam edib.

1 /4

Şərhlər

Xəbər lenti

5 iyun, 18:53

3 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

5 iyun, 13:47

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

5 iyun, 13:35

Fransız dili üzrə MİQ-də bu mövzulardan suallar düşəcək

5 iyun, 13:32

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.