21 noyabr 2024

Bütün xəbərlər
test
18 noyabr, 09:14
70

COP29 beynəlxalq konfransı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Dövlət Universiteti (BDU), Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi və Afrika Gənclərinin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə ekoloji problemlərin həllinə və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi fəaliyyətə başlayıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, layihə çərçivəsində noyabrın 16-da COP29-un Yaşıl zonasında müzakirə paneli keçirilib. BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri, Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçən panel müzakirəsində Afrika Diplomatiya və Beynəlxalq Əlaqələr Məktəbinin vitse-prezidenti, Afrika Gənclərinin İnkişafı Fondunun rəhbəri, professor Tunji Asaolu, ali təhsildə keyfiyyət təminatı eksperti Vonda Qrobellar, ABŞ-nin “E&O Global İnc” şirkətinin Baş icraçı direktoru Orxan Şirinzadə, Sankt-Peterburq Mədənçilik Universitetinin geologiya və ətraf mühit elmləri üzrə tədqiqatçısı Emil Qasımov iştirak ediblər. Panel zamanı "Davamlı inkişafın əhəmiyyəti", "Növbəti nəsillər üçün iqlim təhsili", "Qaz yataqlarında metan (CBM) istehsalı və CO2 tutulmasında idarəetmə səmərəliliyinin qiymətləndirilməsi", "Yaşıl logistika: investisiya və tətbiq maneələrinin aradan qaldırılması" kimi mövzular müzakirə olunub.

Layihənin əsas məqsədi su qıtlığı, torpaqların şoranlaşması və meşə fondunun azalması kimi ekoloji problemlərin həlli üçün sosial maarifləndirmə və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Layihə çərçivəsində yaradılan "Yaşıl Dialoq Forumu" hökumət nümayəndələri, özəl sahə ekspertləri və akademik mühit nümayəndələrini bir araya gətirən illik forumun keçirilməsi üçün təsis edilib.

Növbəti panel müzakirələri noyabrın 17-də və 21-də Yaşıl zonada davam etdiriləcək.

Xəbər lenti

21 noyabr, 13:47
4

COP29-un media koordinatoru yaradılan şərait haqda danışıb

21 noyabr, 13:16
8

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
7
21 noyabr, 12:43
15

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
9

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
48

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
34

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
14

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
16

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
21

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.