Bütün xəbərlər
18 noyabr, 17:49

Noyabrın 18-də Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmək üçün razılaşma sənədi imzalanıb.  

“Azərbaycan müəllimi” xəbər verir ki, sənədin imzalanması COP29 çərçivəsində “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçirilən yüksək səviyyəli panel sessiyada  baş tutub. 
 
Sessiyada çıxış edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer PISA-nın yeni göstəricilərinin şagirdlər arasında iqlim dəyişikliyi savadlılığını necə qiymətləndirə və təşviq edə biləcəyinə dair təqdimatla çıxış edib. 

 Andreas Şleyxer bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən və təşəbbüs göstərilən bu göstəricilər şagirdlərin ətraf mühit bilikləri və problem həll etmə bacarıqlarını qiymətləndirmək üçün geniş çərçivənin təqdim olunmasını hədəfləyir.

 Elm və təhsil naziri Emin Əmrullayev iqlim savadlılığı göstəricilərinin qlobal miqyasda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, təhsil iqlim dəyişikliyinin reallıqlarına uyğunlaşma, dayanıqlılıq və innovativ həllər üçün əsas baza rolunu oynamalıdır. Emin Əmrullayevin sözlərinə görə, Azərbaycan olaraq biz bu yeni göstəriciləri təklif etməklə qlobal təhsil sistemlərinə iqlim savadlılığının inteqrasiyası istiqamətində cəsarətli bir addım atmış olduq.

Razılaşma qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım olaraq qiymətləndirilir.

1 /1

Xəbər lenti

18 yanvar, 15:30

Təhsil İnstitutu “Müasir metodist” müsabiqəsi elan edir

18 yanvar, 15:24

İmişlidə ağır qəza: iki məktəbli həyatını itirib

18 yanvar, 11:50

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

18 yanvar, 11:47

Yeni təyin olunmuş direktor müavinləri kollektivə təqdim olunub

18 yanvar, 11:01

AzTU-nun Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib

18 yanvar, 10:50

Məktəblilərimiz beynəlxalq olimpiadada 8 medal qazandılar

18 yanvar, 10:20

“İnsan ömürboyu öyrənməlidir” - MƏKTƏBDƏ

18 yanvar, 10:09

Yazıçı Aqşin Yenisey gimnaziyanın qonağı olub

18 yanvar, 09:36

İdmançıların mükafatlandırma mərasimi keçirilib

17 yanvar, 19:23

Bu il əlavə olaraq 500-dən çox metodist işə cəlb olunacaq

17 yanvar, 19:10

Agentlik: Regionlarda metodistlər işdən çıxarılmır, metodiki xidmət yenilənir

17 yanvar, 17:54

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər – FOTOLAR

17 yanvar, 17:35

Millət vəkilindən məktəblərdə telefon qadağası ilə bağlı AÇIQLAMA

17 yanvar, 17:35

Şirvan-Salyan bölgəsinin 16 şagirdi olimpiadada 2 fənn üzrə uğur qazanıb

17 yanvar, 17:23

Şagirdlər etiraf edirlər ki, telefon olmayanda dərsi daha yaxşı başa düşürlər – Ekspert 

17 yanvar, 17:14

 Xarici dil fənn kurikulumunun müzakirəsi keçirilib

17 yanvar, 17:10

Qlobal istiləşmə 30 milyon insanın həyatına son qoyacaq

17 yanvar, 17:07

Robotlar insan astronavtları əvəz edə bilərmi?  

17 yanvar, 16:54

ADPU-da 20 Yanvar şəhidləri anılıb

17 yanvar, 16:54

Olimpiadanın yarımfinalında - “Özüm hazırlaşmışam” 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.