"Təhsilsiz planetin gələcəyini təsəvvür etmək mümkün deyil. İqlim dəyişikliyi ilə mübarizədə təhsil aparıcı rol oynayır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: Dayanıqlılıq 2025" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, təhsil işçiləri və müəllimlər bu sahədə ən önəmli tərəflərdir. Onlar iqlim dəyişikliyi ilə mübarizədə ciddi işlər görə bilərlər.
"Biz Azərbaycanın təcrübəsini bölüşməyə, eyni zamanda dünya təcrübəsini ölkəmizə gətirməyə çalışırıq. Biz həmçinin bu gün şagirdlərin iqlim savadlılığının qiymətləndirilməsi ilə bağlı PISA ilə memorandum imzaladıq. Bu, təhsildə iqlim yanaşmasının təşviq edilməsi üçün bir addımdır.
Qiymətləndirmələrdən danışarkən, bu gün QS Dayanıqlılıq Reytinqinin nəticələrinin burada elan edilməsi bizim üçün çox xoşdur. Düzdür, reytinq hər şeyi əhatə etmir, lakin bizə çox önəmli verilənlər təqdim edir, performansımızı ölçməyə və önəmli məqamlara fokuslanmağımıza imkan yaradır".
Nazir əlavə edib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda 3 Azərbaycan universitetini dünyanın ən qabaqcıl 800 universitetinin siyahısına daxil etmək hədəfi var. Bu bizə dünyanın aparıcı universitetləri ilə eyni dildə danışmağa imkan verəcək:
"Reytinqlər bizə daha doğru qərarlar verməyə imkan yaradır. Bu göstəricilər universitetlərimizi necə dayanıqlı edə biləcəyimiz üçün yol xəritəsi rolunu oynayacaq. Həmçinin qərarverənlərə üzləşdikləri problemləri daha yaxşı qavramağa kömək edəcək".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)