Bütün xəbərlər
20 noyabr, 09:47

10–14 noyabrda Avstraliyanın Melburn şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA 2025) milli layihə menecerlərinin 3-cü görüşü həyata keçirilib.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş çərçivəsində PISA 2025 tədqiqatının sınaq mərhələsinin nəticələri istiqamətində həm koqnitiv testlər, həm də sorğu alətləri üzrə əsas göstəricilər təqdim edilib və əsas mərhələnin tətbiqi zamanı yarana biləcək risklərin monitorinqi və onların idarə olunması üçün strategiyalar nəzərdən keçirilib. Tədbirdə təbiət elmləri, oxu, riyaziyyat və rəqəmsal dünyada öyrənmə istiqamətləri üzrə yeni test alətləri təqdim edilib və iştirakçı ölkələrin rəyləri toplanıb, tapşırıq və sorğu suallarının tərcüməsi və adaptasiyası prosesinə aid məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan PISA 2025 tədqiqatında bütün ölkə üzrə 14 regionu əhatə edəcək şəkildə iştirak edir. Bu məqsədlə Azərbaycan üçün məktəblərin və şagirdlərin seçimi prosesinə məsul olan komanda ilə fərdi konsultasiyalar həyata keçirilib. Bu müzakirələr zamanı məktəblərin seçimi üçün istifadə olunan xüsusi metodologiyanın Azərbaycana uyğunlaşdırılması və prosesin icrasına dair məsələlər müzakirə edilib.

Bundan əlavə, layihənin məktəblərlə iş üzrə məsul komandası və texniki komanda ilə də Azərbaycan üçün fərdi konsultasiya sessiyaları həyata keçirilib. Bu sessiyalarda qiymətləndirmənin keçirilməsinə dair inzibati və texniki məsələlər barədə müzakirələr aparılıb.

Tədbirdə Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin baş mütəxəssisi və PISA 2025 üzrə milli layihə meneceri İmran İbişov iştirak edib.

Qeyd edək ki, PISA 2025-in əsas mərhələsi 2025-ci ilin aprel-may aylarında həyata keçiriləcək.

Xəbər lenti

27 yanvar, 19:00

Alimlər dəniz suyunu duzsuzlaşdırmağın yeni üsulunu tapıblar

27 yanvar, 18:49

Şəki məktəbindəki yanğında xəsarət alan olmayıb - Rəsmi AÇIQLAMA

27 yanvar, 17:18

“Doğma yurdumda çalışmağım məni xoşbəxt edir” – Laçın məktəbinin müəllimi

27 yanvar, 16:59

“Azərbaycan məktəbi”nin gələcək planları müzakirə edilib

27 yanvar, 16:50

İlk dəfə beyin və süni intellekt arasında dialoq yaradılıb

27 yanvar, 16:43

ADA Universiteti 10 və 11-ci sinif şagirdləri üçün seminar keçirəcək

27 yanvar, 16:32

Pilot siniflərdə monitorinqlər aparılıb

27 yanvar, 16:25

Meşə yanğınları Los-Ancelesdə tədris prosesinə mane olub

27 yanvar, 15:54

UFAZ-ın tələbə və məzunlarının ideyası uğur qazandı

27 yanvar, 15:44

“myGov” vasitəsilə 800 vətəndaş peşə təhsili haqqında arayış əldə edib

27 yanvar, 15:35

Çinin qlobal “Təhsil gücü” planı

27 yanvar, 15:08

ADPU-da "Code for Future" layihəsinin payız semestri yekunlaşıb

27 yanvar, 15:04

AzMİU və Huawei arasında əməkdaşlıq İKT sektorunun inkişafında yeni imkanlar yaradacaq

27 yanvar, 14:55

Antarktidada buzların əriməsi vulkana səbəb ola bilər

27 yanvar, 14:42

“Nə olursa olsun, məqsədinizdən dönməyin” – Uğurlu şagirdlərin tövsiyələri

27 yanvar, 14:28

BANM tələbələrinin startapı ən yaxşı layihə seçildi

27 yanvar, 14:28

“Məktəbə gəlməkdən imtina edən şagirdlər indi dərslərdə həvəslə iştirak edirlər” 

27 yanvar, 14:03

Universitetlərin beynəlmiləlləşməsi: Almaniyanın yanaşması

27 yanvar, 12:51

“Məktəblinin dostu” şagird və valideynlərin güvənini qazana bilibmi? – MÜSAHİBƏ

27 yanvar, 12:32

Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini rədd edib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.