Növbəti ildə əlavə peşə təhsili müəssisələrinin adambaşına maliyyələşməyə keçidi planlaşdırılır və bu məqsədlə dövlət büdcəsində əlavə 7.2 milyon manat olmaqla, ümumilikdə 24.7 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
"Azərbaycan müəllimi xəbər verir ki, bunu "Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.
O bildirib ki, .Azərbaycan Prezidentinin “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Fərmanına əsasən, hazırda 7000 tələbəni əhatə edən 8 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə tətbiq olunur.
Nazirin sözlərinə görə, 2024-2025-ci tədris ilində 72 peşə təhsil müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu aparılıb. Peşə təhsili müəssisələrinə 85 faizi dövlət sifarişli, 15 faizi isə ödənişli olmaqla, ümumilikdə 24821 nəfər qəbul olub. 2020-ci illə müqayisədə peşə təhsili müəssisələrinə qəbul olanların sayı 60% artıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)