PIRLS 2026 Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədi ictimaiyyətə təqdim olunub
PIRLS 2026 tədqiqatının çərçivə sənədi Azərbaycan dilinə tərcümə edilib və ictimaiyyətlə paylaşılıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil İnstitutundan məlumat verilib.
Belə ki, oxu savadlılığının inkişafı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı olan PIRLS 2026-cı ildə tam rəqəmsal tədqiqat dizaynı ilə yeni bir qiymətləndirməni həyata keçirəcək.
PIRLS 2026 tədqiqatı çərçivəsində şagirdlərə təqdim ediləcək tapşırıqlar və istifadə olunacaq tədqiqat dizaynı ilə bağlı ətraflı məlumat PIRLS 2026 çərçivə sənədində öz əksini tapıb. Çərçivə sənədi şagirdlərin, müəllimlərin, təhsil sahəsində çalışan mütəxəssislərin və bütün ictimaiyyətin nəzər yetirməsi üçün faydalı məlumatları əhatə edir.
Qeyd edək ki, beynəlxalq səviyyədə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA), ölkə səviyyəsində isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilən PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatı 4-cü sinif şagirdlərinin oxuyub-anlama bilik və bacarıqlarını qiymətləndirir.
Çərçivə sənədi ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz: https://shorturl.at/65K6X
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)