Bütün xəbərlər
25 noyabr, 14:50

Bölgələrdə istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və fənlərin dərindən öyrənilməsinə marağın artırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı ilə yeni layihəyə start verilib. 

Bu barədə “Azərbaycan müəllimi”nə Təhsil İnstitutundan məlumat verilib.

Belə ki, Sumqayıt, Mingəçevir, Lənkəran şəhərləri, eyni zamanda Zaqatala və Oğuz rayonlarında riyaziyyat və informatika fənlərinə marağı olan şagirdlərə dərinləşdirilmiş proqramlar əsasında müvafiq dərslər, eyni zamanda bu şagirdlərin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, müvafiq xarici ədəbiyyatlara çıxışlarını asanlaşdırmaq məqsədi ilə ingilis dili dərsləri keçirilir. Seçmə imtahanlarının nəticələrinə əsasən ümumilikdə təxminən 650 şagird sözügedən layihəyə cəlb edilib. Digər tərəfdən Sumqayıt şəhəri və Zaqatala rayonunda layihə çərçivəsində şagirdlərin mühəndislik və robotexnika sahəsinə maraqlarının artırılması və həmin istiqamətlər üzrə biliklərə yiyələnmələri üçün müvafiq təlimlər planlaşdırılıb və bu təlimlər qısa zamanda başlanacaq.

Layihənin məqsədi şagirdlərin riyazi bilik və bacarıqlarını inkişaf etdirmək, alqoritmik düşüncə tərzinin formalaşdırılmasına dəstək olmaq və kodlaşdırma qabiliyyətlərinin praktiki tətbiqinə şərait yaratmaq, eləcə də, müvafiq sahələr üzrə milli, beynəlxalq fənn və layihə olimpiadaları, müsabiqələr, yarışlar haqqında ətraflı məlumat vermək və iştiraklarını təmin etməkdən ibarətdir.

1 /3

Şərhlər

Xəbər lenti

2 iyul, 23:09

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri Doktoru diplomu təqdim olunub

2 iyul, 23:06

Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

2 iyul, 20:08

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

2 iyul, 18:54

Xaricdə “İbtidai sinif müəllimliyi” təhsili alanların 90 faizi imtahandan keçə bilməyib

2 iyul, 18:50

MİQ imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

2 iyul, 17:54

“Sertifikatlaşdırma təhsil həyatında yeni uğurlar əldə etməyə imkan yaradır” – Müəllimlərin təəssüratları

2 iyul, 17:16

"SABAH-ın məzunu 2025” tədbiri keçirilib

2 iyul, 17:15

“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 iyul, 16:38

“Səhnəyə çıxanda özümü rahat hiss edirəm” – Ayanın uğur yolu

2 iyul, 16:10

Nazir müavini: Ölkənin gələcəyi yaradıcı gənclərin fəaliyyətinin səmərəliliyi ilə təmin olunur

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.