Bütün xəbərlər
25 noyabr, 17:45

Rəy effektiv tədrisin əsas elementlərindən biridir, lakin onun təsir gücü çox vaxt necə təqdim və qəbul edildiyindən asılıdır. “Education Week” tərəfindən yayımlanan son məqalə Amerika Təhsil Araşdırmaları Assosiasiyasının illik toplantısında təqdim olunan araşdırmalara əsaslanaraq, rəyin tələbələr üçün tətbiq edilə bilən strategiya olduğunu vurğulayır.

Konkret rəyin əhəmiyyəti

“Yaxşıdır” və ya “daha da inkişaf etdirmək lazımdır” kimi ümumi rəylər şagirdləri inkişaf üçün kifayət qədər təmin etmir. Əvəzində, konkret rəy inkişaf üçün yol xəritəsi təqdim edir. Məsələn, “zəif arqumentdir” deməkdənsə, müəllimlər “arqumentinizi gücləndirmək üçün mətnə əsaslanan daha çox faktlar əlavə edin” deyə bilərlər. Dəqiq rəy tələbələrə zəif və güclü tərəflərini necə inkişaf etdirmək barədə konkret addımlar göstər.

Rəyin tədris məqsədləri ilə uyğunlaşdırılması

Effektiv rəy tapşırığın məqsədlərinə və kriteriyalarına birbaşa uyğun olmalıdır. Şagirdlər rəyin tədris məqsədləri ilə necə əlaqəli olduğunu başa düşdükdə, gözləntiləri qarşılamaq üçün daha hazırlıqlı olurlar. Məsələn, əgər tapşırıq tənqidi düşüncəni inkişaf etdirməyi hədəfləyirsə, rəy tələbələrin məlumatı necə təhlil və sintez etdiyini vurğulamalı, yalnız səthi məsələlərə, məsələn, qrammatikaya diqqət yetirməməlidir.

Konstruktiv və tətbiq edilə bilən rəylər 

Çox tənqidi və ya ümumi rəy şagirdləri ruhdan sala bilər, lakin tətbiq oluna bilən təkliflər onları həvəsləndirir. Səhvləri sadəcə göstərmək əvəzinə, müəllimlər konstruktiv təlimatlar təqdim edə bilərlər. Məsələn, bir şagirdin inşasının məna ardıcıllığı zəif olarsa, müəllim paraqraf sıralamasını dəyişməyi və ya keçid cümlələri əlavə etməyi təklif edə bilər.

Müsbət rəy mədəniyyətinin yaradılması

Rəy bacarıqları mühakimə deyil, inkişaf vasitəsi kimi təqdim edildikdə, şagirdlər onu qəbul etməyə daha meyilli olurlar. Sinifdə rəyi tədris prosesinin bir hissəsi kimi normallaşdıran bir mədəniyyət yaratmaq uğursuzluq qorxusunu azalda bilər. Həmyaşıdların bir-birinə rəy verməsini təşviq etmək və konstruktiv rəy verməyi və qəbul etməyi modelləşdirmək bu mədəniyyəti daha da gücləndirə bilər.

Rəyin qiymətləndirmədən ayrı şəkildə verilməsi

Məqalədə müzakirə olunan əsas məqamlardan biri də rəyin qiymətləndirmədən fərqləndirilməsidir. Rəy qiymətləndirilmə ilə birləşdirildikdə, şagirdlər tez-tez yalnız rəqəmə diqqət yetirir və inkişafa əhəmiyyət vermirlər. Rəyin müstəqil olaraq təqdim edilməsi şagirdlərin ona daha düşüncəli yanaşmasına imkan yaradır və onu yekun qiymətləndirmə deyil, inkişaf üçün bir bələdçi kimi görmələrini təmin edir.

Müəllimlər üçün praktiki tətbiqlər

Bunu təcrübədə daha effektiv tətbiq etmək üçün müəllimlər:
– Gözləntiləri qarşılamaq və rəyi tədris məqsədləri ilə uyğunlaşdırmaq üçün rubrikalardan istifadə edə bilərlər;
– Hər bir rəydə inkişaf üçün yalnız bir-iki nüansa diqqət yetirərək, şagirdləri yormaqdan çəkinə bilərlər.
– Şagirdlərin rəyi nəzərdən keçirməsini və növbəti tapşırıq üçün konkret məqsədlər müəyyən etmələrini təşviq edə bilərlər.

Bu yanaşmaları tətbiq etməklə, müəllimlər rəyi passiv şərhdən aktiv öyrənm alətinə çevirə bilərlər. Məqsəd rəyi tənqid deyil, akademik uğura gedən yol kimi görməyə kömək etməkdir.

Mənbə: EducationWeek
Tərcümə edən: Gülsüm Xəlilova

Şərhlər

Xəbər lenti

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

31 iyul, 12:04

Gəncədə peşə təlimləri: Böyük Qayıdışın kiçik başlanğıcları

31 iyul, 11:35

4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsi elan edilir

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.