Bütün xəbərlər
31 iyul, 09:31

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq. 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2025/2026-cı tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edək ki, 2025-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 8144 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10930 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24059 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 27743 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 31 iyul – 7 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitetdə, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində,  və DİM-in regional bölmələrində yerləşən Abituriyent Məsləhət Mərkəzlərində ödənişsiz kömək göstərilir.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.