
4 sentyabr tarixində yeni tədris ilinə hazırlıq çərçivəsində peşə təhsili müəssisələrində fəaliyyətin səmərəli təşkili və idarə olunmasına dəstək məqsədilə təlimlər keçirilib. Təlimlərdə müəssisə direktorları, direktor müavinləri və mühasiblər iştirak ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, proqram çərçivəsində dərs bölgüsü, tarif-ştat cədvəllərinin hazırlanması və inventarizasiya işlərinin aparılması mövzularında geniş təqdimatlar edilib, iştirakçılara metodiki izahlar və praktiki nümunələr təqdim olunub. Həmçinin mövcud normativ-hüquqi sənədlər əsasında işlərin düzgün təşkili barədə tövsiyələr verilib, iştirakçıların sualları cavablandırılıb.
Təlimlərin əsas məqsədi yeni tədris ili ərəfəsində peşə təhsili müəssisələrində dərs bölgüsünün, kadr təminatının, mühasibatlıq və təsərrüfat işlərinin vaxtında və düzgün icrasını təmin etməkdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər