Bütün xəbərlər
5 sentyabr, 16:27

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə görüş keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər arasında keçirilən görüşdə universitetin konsaltinq imkanlarının formalaşdırılması, tələbələrin sənayedə təcrübə keçmək imkanlarının genişləndirilməsi və Dördüncü Sənaye İnqilabı texnologiyalarına dair təlim proqramlarında ADNSU-nun fəal iştirakı müzakirə olunub.

Rektor Rüfət Əzizov çıxışında universitet tələbə və əməkdaşlarının 4SİM-in “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “Milli Proqram” çərçivəsində Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində təklif olunan ödənişsiz kurslarda fəal iştirakı edtdiyini bildirib. 

Bu təşəbbüs çərçivəsində süni intellekt, proqramlaşdırma, böyük verilənlər, liderlik və digər müasir sahələr üzrə kurslara ödənişsiz çıxış təmin olunub. Nəticədə, bu günədək 1600-dən çox ADNSU tələbəsi və 200 əməkdaş “Coursera” platformasında təlimlərə qatılıb, ümumilikdə 3400 beynəlxalq sertifikat əldə edilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verib. O, rəqəmsal iqtisadiyyat, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti, ağıllı şəhər texnologiyaları kimi sahələrdə görülən işləri, həmçinin qurumun 50-dən artıq beynəlxalq tərəfdaşı olduğunu və Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri ilə əməkdaşlığını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdiriblər. Tələbələrin sənayeyə təşviqi, startaplara dəstək, elm-sənaye klasterinin yaradılması, eləcə də 4SİM-in əsas tərəfdaşlarından biri olduğu InMerge İnnovasiya Sammitində ADNSU tələbələrinin iştirakı məsələləri xüsusi vurğulanıb.

Bundan əlavə, “SABAH.City” layihəsi çərçivəsində innovasiya yönümlü ixtisaslaşmış laboratoriyaların yaradılması və bu laboratoriyalarda sənaye tərəfdaşları ilə birgə tədqiqat və inkişaf fəaliyyətlərinin təşkili məsələləri müzakirə olunub.

Tərəflər qeyd ediblər ki, ADNSU-nun akademik resurslarının 4SİM-in texnoloji və strateji imkanları ilə birləşməsi ölkənin elmi və sənaye potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.

1 /6

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.