Bütün xəbərlər
5 sentyabr, 09:59

Builki ali məktəblərə qəbul imtahanında Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki olan ümumtəhsil müəssisələrinin 71 məzunu 600-dən çox bal toplayıb. 

"Azərbaycan müəllimi"nin apardığı araşdırma nəticəsində məlum olub ki, 600-dən yüksək bal toplayanların sayına görə regionun lider təhsil müəssisəsi Şirvan şəhəri Bəhruz Aslanov adına 16 nömrəli tam orta ümumtəhsil məktəbidir. 

Bu məktəbin 4 məzunu qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

Eyni zamanda, Neftçala rayonunun S. Kərimov adına Qədimkənd kənd tam orta məktəbinin məzunu Müşfiq Əlili 698,5 bal toplayaraq region birincisi olub. 

Ümumilikdə Biləsuvar rayonu üzrə 11, Hacıqabul rayonu üzrə 8, Neftçala rayonu üzrə 14, Salyan rayonu üzrə 25, Şirvan şəhəri üzrə 13 nəfər məzun 600-dən yüksək bal toplayaraq uğurlu nəticə göstərib.

Həmçinin Neftçala rayonu Z. Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin məzunu Nəzrin Quluzadə 688 bal, Biləsuvar rayonu O. Babayev adına Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin məzunu Xanımgül Abışova 680 bal, Salyan rayonu E. Ağayev adına Arbatan kənd tam orta ümumtəhsil məktəbinin məzunu Aydan Əliyeva 675 bal, Hacıqabul rayonu M. Ağayev adına Navahı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Zəminə Nuralıyeva isə 629 bal toplayaraq kənd məktəbləri arasında fərqləniblər.

Maraqlıdır ki, nəticələrə görə, kənd məktəbləri ən yüksək bal toplayan məzunlarının sayına görə şəhər məktəblərini üstələyib. Belə ki, 600-dən yüksək bal toplayan məzunların 36-sı kənd və ya qəsəbə, 35-i isə şəhər məktəblərinin payına düşür.

Kənd məktəblərində ən yüksək balı Neftçala rayonunun S. Kərimov adına Qədimkənd kənd tam orta məktəbinin məzunu Müşfiq Əlili (698,5 bal), şəhər məktəblərində isə Şirvan şəhəri M. İsrailov adına 18 nömrəli tam orta məktəbin məzunu Nihad Məmmədli (676 bal) toplayıb.

Araşdırma onu da göstərir ki, 600-dən yüksək nəticə göstərən məzunlardan 39-u qız, 32-si isə oğlandır.

Şərhlər

Xəbər lenti

27 sentyabr, 20:42

Qarabağ Universitetində Anım Gününə həsr olunan forum keçirilib

27 sentyabr, 18:23

Nazir: Dərs vəsaitlərini ödənişlə verən müəllimlərlə bağlı araşdırmalar aparılıb

27 sentyabr, 16:16

Emin Əmrullayev: Nazirlik qanun pozuntularına reaksiya verir

27 sentyabr, 16:15

Nazir: Neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq

27 sentyabr, 16:14

LDU-da “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib

27 sentyabr, 15:09

Zəfər Parkı ziyarət edilib

27 sentyabr, 13:01

Tarix öyrədən və tarix yazan MÜƏLLİM

27 sentyabr, 11:45

Şəhid qardaşı bacısının xatirələrində: “Stulun üstünə çıxıb həmişə o şeiri deyirdi”

27 sentyabr, 09:27

Gəncə, Bərdə, Tərtər – Sınmayan iradə

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.