Bütün xəbərlər
5 sentyabr, 14:29

Təhsilin İnkişafı Fondunun (TİF) təşəbbüsü ilə həyata keçirilən “TələbəPlus” kartı partnyor şəbəkəsini genişləndirməyə davam edir.

Fonddan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu çərçivədə tələbələrə xüsusi endirimlər təqdim edən növbəti tərəfdaş Dünyagöz xəstəxanası olub. Bununla bağlı Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Dünyagöz xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, “TələbəPlus” kartı istifadəçiləri lazer müayinəsi və analizlərdə 50%, lazer əməliyyatlarında isə 20% endirim əldə edəcəklər. Bundan əlavə, tələbələrin birinci dərəcəli qohumları üçün də güzəştlər nəzərdə tutulub. Belə ki, müayinə və analizlərdə 30%, əməliyyatlarda isə 20% endirim tətbiq olunacaq.

İmzalanma mərasimində çıxış edən Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, “TələbəPlus” kartının məqsədi tələbələrin gündəlik ehtiyaclarına dəstək olmaq, onların daha sərfəli və əlçatan xidmətlərdən yararlanmasına şərait yaratmaqdır. O, Dünyagöz Xəstəxanası ilə əməkdaşlığın tələbələrin sağlamlıq imkanlarını genişləndirdiyini xüsusi vurğulayıb.

Dünyagöz xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu isə qeyd edib ki, tələbələrin sağlamlığına dəstək vermək və onların tibbi xidmətlərdən daha əlverişli şərtlərlə yararlanmasına imkan yaratmaq xəstəxana üçün önəmli sosial məsuliyyət addımıdır.

Sonda Fondun nümayəndələri üçün xəstəxananın fəaliyyəti ilə bağlı infotur təşkil olunub.

Qeyd edək ki, eyni anda bir neçə funksiyanı yerinə yetirən “TələbəPlus” kartı artıq 24 ali təhsil müəssisəsində təhsil alan 190 mindən çox tələbəyə təqdim edilib. Kart universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. “TələbəPlus” kartı sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.

1 /5

Şərhlər

Xəbər lenti

5 sentyabr, 16:42

43 yaşında 9-cu sinif məzunu oldu – Şəhla Mirzəyevanın uğur hekayəsi

5 sentyabr, 16:27

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:42

Dissertasiya yazmaq biznesə çevrilib: Şirkətlər yazır, tələbələr müdafiə edir

5 sentyabr, 10:30

Diplomat olmaq istəyən gənc: Azərbaycandan Koreyaya uzanan yol

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

5 sentyabr, 09:59

Emin Əmrullayev Özyeğin Universitetinin rektoru ilə görüşüb

5 sentyabr, 09:33

Dərs saatı az olan müəllimlər üçün fürsət - Qeydiyyat başlayır

5 sentyabr, 09:25

Peşə məktəblərində işləmək istəyənlər üçün müsahibə mərhələsi davam edir

5 sentyabr, 09:22

Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

4 sentyabr, 21:52

Təhsildə keyfiyyət hədəfləri: sentyabr konfransının mesajları

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.