Bütün xəbərlər
5 sentyabr, 10:30

16 yaşlı Nəzrin Rzayeva Bakı şəhər Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin şagirdidir. Onun ən böyük arzusu Koreyada təhsil almaq və gələcəkdə diplomat kimi fəaliyyət göstərməkdir. 

Gənc yaşına baxmayaraq, Nəzrin artıq beynəlxalq təcrübə qazanmağa başlayıb. Bu yay Kyungbok Universitetinin yay məktəbində iştirak edərək Koreya dilini öyrənib, müxtəlif ölkələrdən gələn tələbələrlə dostluq qurub və yeni mədəniyyətlər kəşf edib.

“Yeni mədəniyyətə uyğunlaşmaq, dünyanın müxtəlif yerlərindən dostlar tapmaq mənim dünyagörüşümü zənginləşdirdi”

Nəzrin deyir ki, bu proqram onun üçün sadəcə bir dil kursu deyil, həm də həyat məktəbi olub: 

“Kyungbok Universitetinin yay məktəbi barədə məlumat aldığımda dərhal müraciət etdim. Bu proqram həm dil biliklərimi artırmaq, həm də Koreya təhsil sistemi ilə yaxından tanış olmaq üçün unikal fürsət idi. Yeni mədəniyyətə uyğunlaşmaq, dünyanın müxtəlif yerlərindən dostlar tapmaq mənim dünyagörüşümü zənginləşdirdi. Hər gün dərsləri fərqli müəllimlərin keçməsi maraqlı təcrübə idi, çünki müxtəlif aksentlərə, tədris üslublarına uyğunlaşmağı öyrəndim. Müəllimlərin tələbələrlə hörmətli və motivasiyaedici davranışı isə öyrənmə prosesini mənim üçün daha səmərəli və zövqlü etdi”.

“Musiqi həm motivasiya mənbəyimdir, həm də yaradıcılığımı inkişaf etdirir”

Nəzrin ən çox tarix və ədəbiyyat fənlərinə maraq göstərir. Onun sözlərinə görə, bu fənlər yalnız akademik bilik deyil, həm də düşüncə zənginliyi qazandırır:

“Təkcə faydalı və bilmək lazım olduğu üçün yox, həm də maraqlı gəldiyi və bundan zövq aldığım üçün oxuyuram. Boş vaxtlarımda film izləməyi, kitab oxumağı sevirəm. Xüsusilə, musiqi diqqətimi artırır və mənə ilham verir. Musiqi həm motivasiya mənbəyimdir, həm də yaradıcılığımı inkişaf etdirir. İdmanla da məşğul oluram, amma vaxtımın çoxunu debatlar, Model BMT (MUN), könüllülük layihələri və seminarlara ayırıram”.

Yay məktəbi təcrübəsi ona yalnız akademik bilik deyil, həm də mədəniyyətlərarası ünsiyyət bacarıqları qazandırıb. Universitetin dərsləri, ekskursiyaları və beynəlxalq tələbələrlə əməkdaşlıq mühiti onun gələcək arzularına daha da möhkəm bağlanmasına səbəb olub: 

“Ən çox diqqətimi cəlb edən məqamlardan biri universitetin mədəni müxtəlifliyə göstərdiyi xüsusi həssaslıq oldu. Bu yanaşma biz, beynəlxalq tələbələr üçün dərin hörmət və yüksək dəyərin ifadəsi idi. Universitetin qlobal tələbə icmasına göstərdiyi qayğı və diqqət bu münasibətin ən parlaq nümunəsi sayıla bilər. Eyni zamanda, Koreyanın ənənə ilə müasirliyi uğurla birləşdirən inkişaf modeli, təmiz və təhlükəsiz şəhərləri, eləcə də insanların səmimiyyəti və mehribanlığı məndə dərin təəssürat yaratdı”.

“Azərbaycan və Koreya arasında siyasi, mədəni və iqtisadi əlaqələrin inkişafına töhfə vermək istəyirəm”

Diplomatiya sahəsində təhsil almağı planlaşdıran Nəzrin bildirir ki, Koreya universitetləri bu istiqamətdə geniş imkanlar təqdim edir: 

“Xarici tələbələr üçün yaradılan şərait, professorların peşəkarlığı və təhsilin keyfiyyəti mənim üçün çox cəlbedicidir. Buna görə də indidən həm ingilis, həm də koreya dilini dərindən öyrənməyə çalışıram. 

Koreyada oxumaq mənim üçün sadəcə bir seçim deyil, həm də uzun illərin xəyalıdır. Mən bu arzumu gerçəkləşdirmək üçün əzmlə çalışıram. Xüsusən də, Azərbaycan və Koreya arasında siyasi, mədəni və iqtisadi əlaqələrin inkişafına töhfə vermək istəyirəm. Diplomat qadın kimi həm ölkəmi layiqincə təmsil etmək, həm də beynəlxalq arenada uğurlu fəaliyyət göstərmək ən böyük arzumdur. İki ölkə arasında körpü rolunu oynamaq mənim üçün həm şəxsi motivasiya, həm də peşəkar məqsəddir”.

1 /2

Şərhlər

Xəbər lenti

5 sentyabr, 14:29

TİF ilə Dünyagöz xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC 2025 Dünya Finalında qaliblərin adları açıqlanıb

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:42

Dissertasiya yazmaq biznesə çevrilib: Şirkətlər yazır, tələbələr müdafiə edir

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

5 sentyabr, 09:59

Emin Əmrullayev Özyeğin Universitetinin rektoru ilə görüşüb

5 sentyabr, 09:33

Dərs saatı az olan müəllimlər üçün fürsət - Qeydiyyat başlayır

5 sentyabr, 09:25

Peşə məktəblərində işləmək istəyənlər üçün müsahibə mərhələsi davam edir

5 sentyabr, 09:22

Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

4 sentyabr, 21:52

Təhsildə keyfiyyət hədəfləri: sentyabr konfransının mesajları

4 sentyabr, 21:47

Şirvan-Salyan regionunda təhsil işçilərinin sentyabr konfransı keçirilib

4 sentyabr, 17:01

Peşə təhsilinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.