Bütün xəbərlər
5 sentyabr, 16:42

Həyatın ən vacib təməl daşlarından biri olan təhsil sadəcə bilik və bacarıqların əldə edilməsi deyil, həm də insanın şəxsiyyətinin formalaşması, özünəinamının artması və cəmiyyətdə layiqli yer tutması üçün açar rolunu oynayır. Bəzən həyatın çətin sınaqları, müharibənin acı nəticələri və məcburi köçkünlük taleyi insanların təhsil yollarını yarımçıq qoyur. 

Lakin “Eksternat təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar” müxtəlif səbəblərdən təhsilini yarımçıq qoymuş vətəndaşlara yeni bir şans verir. Təhsilin yaşı, zamanı və məkanı olmadığını sübut edən bu sistem sayəsində bir çox insanların illər boyu ürəyində daşıdığı arzular gerçəkləşir. Əsl inam hekayələri məhz belə anlarda yazılır. Bu hekayələr sübut edir ki, təhsilin yaşı, zamanı və məkanı yoxdur. Ölkəmizdə belə hekayələrdən biri illər sonra gerçəkləşən arzusunu gercəkləşdirən Şəhla Mirzəyevaya aiddir.

Şəhla Mirzəyeva təhsilini yarımçıq qoymağa məcbur qaldığı illəri belə xatırlayır:

“Həyatım 1992-ci ilin ağrıları ilə bölündü. Mən o vaxt Laçının Oğuldərə kənd tam orta məktəbində ibtidai sinifdə oxuyurdum. İbtidai sinfi bitirəcəyim il taleyim dəyişdi, məcburi köçkün olduq. Hər şey yarımçıq qaldı; məktəbimiz, uşaqlığımız, arzularımız. Ailəmlə birlikdə Zaqatalaya köçəndə sənədlərim buradakı 3 nömrəli tam orta məktəbə verilsə də, bəzi çətinliklərim təhsilimlə vidalaşmağıma səbəb oldu. Erkən yaşda ailə həyatı qurdum, övladlarım oldu. Hər bir ana kimi övladlarımın təhsilinə xüsusi önəm verdim. Onlar fərqli ixtisaslara yiyələndilər, mən isə içimdə həmişə o yarımçıq qalmış təhsil almaq arzusunun ağrısını daşıdım”.

O qeyd edir ki, məktəbdə həmişə əla qiymətlərlə oxuyub, arzusu bağça müəllimi olmaq olub. Bu sadə, amma gözəl arzu onun uşaq qəlbində böyük yer tutub: “Bu illər ərzində içimdə həmişə bir boşluq, yarımçıq qalan bir arzu yaşayırdı: təhsilimi tamamlamaq. 42 yaşım vardı, ancaq təhsilimlə bağlı heç bir rəsmi sənədim yox idi. Çünki məktəbimiz işğal dövründə yandırılmışdı və bütün arxivlər məhv olmuşdu. Mən həqiqətən də sıfırdan başlamağa məcbur idim.

2024-cü ildə qərar verdim ki, bu arzumu gerçəkləşdirəcəyəm. Lakin həmin dövrdə anamın ağır xəstəliyi və vəfatı məni sarsıtdı. Ümidimi itirmədim, özümü toparladım və 2025-ci ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkil etdiyi eksternat imtahanına qatılmağa qərar verdim. Proses belə idi: aralıq imtahanda uğur qazananlar Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanına buraxılır. Mən hər iki mərhələni uğurla keçərək, 43 yaşımda ümumi orta (9 illik) təhsilimi rəsmi qaydada tamamladım.

Şəhla xanım bu uğurunun sevincini belə ifadə etdi:

“Həyatda təhsillə bağlı çətinliklərlə üzləşən hər kəsə, xüsusilə də gənc qızlara demək istəyirəm: Yaşın, zamanın, məkanın sizi xəyallarınızdan uzaqlaşdırmasına əsla icazə verməyin. Çətinliklər onsuz da həyatın bir parçasıdır. Onlar daim olacaq. Amma əsas olan o çətinliklərin sizi yox, sizin o çətinlikləri aşmağınızdır. Unutmayın, ürəkdən istəsəniz, inamla addımlasanız, bacaracaqsınız. Mənim hekayəm bunun ən canlı sübutudur”.

Şərhlər

Xəbər lenti

5 sentyabr, 18:47

Paytaxtda sentyabr konfransının ikinci günündə nələr müzakirə edildi?

5 sentyabr, 17:49

BŞTİ-də kitabxanaçı müsahibəsinin apellyasiya mərhələsi başlayır

5 sentyabr, 17:44

Peşə təhsili müəssisələrində yeni tədris ili öncəsi təlimlər keçirilib

5 sentyabr, 16:27

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

5 sentyabr, 14:29

TİF ilə Dünyagöz xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:42

Dissertasiya yazmaq biznesə çevrilib: Şirkətlər yazır, tələbələr müdafiə edir

5 sentyabr, 10:30

Diplomat olmaq istəyən gənc: Azərbaycandan Koreyaya uzanan yol

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

5 sentyabr, 09:59

Emin Əmrullayev Özyeğin Universitetinin rektoru ilə görüşüb

5 sentyabr, 09:33

Dərs saatı az olan müəllimlər üçün fürsət - Qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.