Bütün xəbərlər
30 noyabr, 00:09

Noyabrın 29-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsinin müasir çağırışlarına həsr olunmuş "Cybersecurity Skills Gap - Roadmap" mövzusunda seminar keçirilib.

Universitetdən “Azərbaycan müəllimi” bildirilib ki, seminarda Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova tədbirin əhəmiyyətini vurğulayıb, belə maarifləndirici tədbirlərin gənclərin kibertəhlükəsizlik sahəsində daha fəal iştirakını stimullaşdırmağa zəmin yaratdığını və bu istiqamətdə AKTA-nın ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin inkişafına böyük dəstək verdiyini bildirib. Sonra Rektorun müşaviri Əhməd Əhmədzadə çıxış edərək ölkəmizdə kibertəhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Rəqəmsal təhdidlərin qarşısının alınmasında, müasir çağırışlara cavab olaraq gənclərin biliklərə yiyələnməsinin vacibliyini vurğulayıb. 

Seminarda TEXIO Academy-nin təsisçisi və AKTA-nın eksperti, spiker Elgün Bəxtiyaroğlu çıxış edərək kibertəhlükəsizliyin strateji istiqamətləri, sahənin aktuallığı və bu sahə üzrə karyera inkişafı üçün yol xəritəsi barədə ətraflı məlumat verərək, gənclərə bazar ehtiyaclarına uyğun bilik və bacarıqların əhəmiyyətini izah edib.  Sonda spiker və iştirakçılar arasında praktik məsələlər ətrafında interaktiv sual-cavab sessiyası təşkil olunub.

1 /4

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.