Dekabrın 2-də Qobustan rayonunun Çuxanlı kənd məktəbində gənc nəsli gələcək peşə bacarıqları üzrə hazırlamaq və onları beynəlxalq səviyyədə təcrübə qazanma imkanları ilə tanış etmək məqsədi ilə “WorldSkills” yarışlarına dair info-sessiya keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat verilib.
Açılış mərasimində Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsinin deputatı Şahin Seyidzadə, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak ediblər.
İnfo-sessiyaya rayonun Çuxanlı və Ərəbşalbaş tam orta məktəblərinin 8 və 9-cu siniflərdə təhsil alan ümumilikdə 30 nəfərə yaxın şagird qatılıb. Tədbirdə iştirakçılara ölkəmizdə peşə təhsili sahəsində yaradılmış müasir şərait, dövlətin dəstəyi və “WorldSkills” yarışlarının tarixi, inkişaf mərhələləri, eləcə də Azərbaycanın bu hərəkatdakı rolu və qazandığı beynəlxalq təcrübələr barədə məlumat verilib. Sessiya zamanı həm müasir ixtisaslar – 3D rəqəmsal oyun sənəti, veb texnologiyalar və kiber-təhlükəsizlik, həm də ənənəvi peşələr üzrə keçirilmiş yerli və beynəlxalq yarışlar haqqında məlumatlar təqdim edilib. Sonda şagirdlərin sualları cavablandırılıb, ixtisas seçimi ilə bağlı interaktiv müzakirələr aparılıb və viktorina keçirilib.
“Təhsilə davam” şüarı ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunan məlumat sessiyalarında Qobustan rayonu Çuxanlı, Ərəbşalbaş, Cəyirli, Nabur, Bədəlli, Yekəxana, Xilmilli, Poladlı, Ərəbqədim, Cəngi, Şıxzahırlı, Ərəbşahverdi, Sədəfli, Təsi və Çalov kənd məktəblərinin 100-dən artıq şagirdinin əhatə olunmasını nəzərdə tutur.
Qeyd edək ki, info-sessiyalar Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” İctimai Birliyi və “Bir Könüllü Tələbə” təşkilatının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Junior Skills Azərbaycan – Gənc Bacarıqlar" layihəsi əsasında baş tutub.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)