Bütün xəbərlər
3 dekabr, 10:46

“Təhsil proqramları mütləq iş dünyasının tələblərinə uyğunlaşdırılmalıdır. Yeni xidmət alətlərindən istifadə etməliyik. Təcrübə və avadanlığa əsaslanan təhsil texnologiyalarını tətbiq etmək zəruridir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisinin açılışı zamanı deyib.

O bildirib ki, əmək bazarı ilə təhsil arasında daha interaktiv əlaqə qurulmalıdır. Əgər bu həyata keçirilməzsə, təbii ki, gənclərimizin təhsildən əmək bazarına keçidi çətinləşəcək:

“Bu, yalnız bir tərəfin üzərinə düşən məsuliyyət olmamalıdır. İş dünyası da bu prosesə hazır olmalı, işə götürənlər bu prosesdə aktiv iştirak etməlidirlər. Əgər hazırda işəgötürənlər gənclərimizdən, məzunlarımızdan fərqli tələblər gözləyirsə, onlar da təhsil prosesinə dəstək verməli və inteqrasiya olunmalıdırlar”.

Nazir müavini əlavə edib ki, təhsil prosesinin bütün mərhələlərində inteqrasiya təmin edilməli və bu proses mümkün qədər erkən mərhələdən tətbiq olunmalıdır. Çünki zamanın tələbləri dəyişir və biz buna uyğunlaşmalıyıq:

“Gənclərimiz isə düzgün məqsədlər müəyyən etməli və bu məqsədləri gələcəyin tələbləri və texnoloji inkişaf istiqamətləri əsasında planlaşdırmalıdırlar”.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.