Dekabrın 5-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan konsert keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, konsert Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə uşaq və gəncləri maarifləndirmək, Azərbaycanın zəngin tarixi keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında Naxçıvanın oynadığı rolu, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini vurğulamaqdan ibarət olub.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, 200 nəfərdən çox məktəbli, valideynlər, pedaqoji heyət və digər qonaqlar iştirak ediblər.
Tədbirdə uşaq və gənclərin ifasında Naxçıvan Muxtar Respublikasına həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar səsləndirilib.
1 /11
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)