Hazırda İsmayıllı rayonunda 41, Ağsu rayonunda 7 müəllim, Qəbələ rayonunda 26 müəllim STEAM dərslərini tədris edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, ümumilikdə hər 3 rayonunun 8 məktəbində STEAM dərsləri keçirilir. Onların 4-ü İsmayıllıda, 1-i Ağsuda, 3-ü Qəbələdə yerləşir.
İsmayıllı STEAM Mərkəzinin koordinatoru Şərafət Bayramovun qəzetimizə verdiyi məlumata görə, bu ilin sentyabr ayından 2024-2025-ci tədris ili üçün İsmayıllı STEAM Mərkəzində Elm və Təhsil Nazirliyi, həmçinin STEAM Azərbaycanın təşkilati dəstəyi ilə İsmayıllı, Qəbələ və Ağsu rayonlarının ümumtəhsil məktəblərinin müəllimləri üçün "STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası" üzrə təlimlər keçirilir. Təlimlərin əsas məqsədi region müəllimlərinin STEAM texnologiyaları mövzusunda bilik və bacarıqlarını artırmaqdır.
İştirakçılara "STEAM metodologiyaları – PBL, PrBL, DBL, İBL, EDP və s.", "CAD/CAM sistemləri – 3D çap və CNC Lazer texnologiyaları", "Birplatalı mikrokontroller ilə kodlaşdırma"/ "Micro:bit və Arduino", "Pilotsuz lidarəetmə sistemləri", "Nano- və bio- texnologiyaları" və "Sahibkarlıq" proqramları üzrə bacarıqlar öyrədilir.
Dekabrın 13-də bitəcək növbəti təlimi uğurla bitirən müəllimlərə STEAM sertifikatı təqdim ediləcək, həmin müəllimlər STEAM dərslərini tədris etmək hüququna malik olacaq.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)