Bütün xəbərlər
6 dekabr, 14:43

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva ABŞ-ın Miçiqan Universitetində IHAA Ann Arbor adlı beynəlxalq evin dəstəyilə “Azərbaycan Günü” tədbiri təşkil edib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Bildirilib ki, Nərgiz Hacıyeva təqdimatına Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranma tarixi, tədris proqramları, beynəlxalq əlaqələri və rəhbərlik etdiyi UNEC Xanım Tədqiqatçılar Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra Azərbaycanın neft sənayesindəki tarixi nailiyyətlərindən söz açıb. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, Nobel və Rotşild qardaşlarının Azərbaycan neftinə marağından, “Əsrin Müqaviləsi” kimi tanınan enerji sazişindən, eləcə də İkinci Qarabağ Müharibəsində əldə olunan parlaq qələbədən və işğaldan azad olunmuş ərazilərin bərpasından danışıb.

Tədbirin bədii hissəsində Nərgiz Hacıyeva Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından qısa səhnə canlandırıb, həmçinin “Sarı gəlin” və “Şuşanın dağları” musiqi sədaları altında milli rəqslər nümayiş etdirib.

“Azərbaycan Günü” iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

1 /3

Şərhlər

Xəbər lenti

24 may, 01:10

IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI

23 may, 22:33

Naxçıvanın təhsil naziri “Son zəng”lə bağlı tapşırıqlar verib

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.