Şəmkir rayonunun Düyərli kənd 2 nömrəli tam orta məktəbində “Hisslərinlə rəqs et - Ruhun sənin əlindədir” layihəsinə star verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, rəqs klubları vasitəsilə şagirdlər arasında fiziki aktivliyi təbliğ etmək məqsədi daşıyan layihə çərçivəsində açılış mərasimi və ilk rəqs dərsi baş tutub.
Layihə 3 ay müddətində 20 nəfər ibtidai sinif şagirdinə milli və xarici rəqs dərslərinin keçirilməsi, rəqs klublarının yaradılması, rəqs paltarlarının hazırlanması və sonda rəqs gecəsinin təşkil edilməsini hədəfləyir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan layihə adıçəkilmiş məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə tərəfindən icra olunur.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)