Ağcabədi rayonunda “Debat - Təsdiq və inkarın ünsiyyət rolu” layihəsinin icrasına başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, VIII qrant müsabiqəsinin qalibi olan layihənin məqsədi məktəblərarası debat yarışlarının təşkili vasitəsilə Azərbaycan tələbələri arasında intellektual aktivliyi, tənqidi düşüncəni və əlaqəni artırmaqdır.
Qeyd edək ki, Laçın rayon Şeylanlı kənd 2 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi Xalid Xalidli tərəfindən icra olunan layihə çərçivəsində 5 ay müddətində 3 məktəbdə 6, 7 və 8-ci sinif şagirdlərinə 4 debat təlimi keçiriləcək. Təlimlərdə şagirdlər debat texnikaları, qaydaları və formatları ilə tanış olacaqlar.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)