VIII qrant müsabiqəsinin qalibi "Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya" layihəsinin icrasına başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin açılış mərasimində Zaqatala rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi məktəb direktorları, müəllimlər iştirak ediblər.
Layihə çərçivəsində ilk olaraq ICDL sertifikasiyasına hazırlıq üzrə təlim məzmunu və 30 saatlıq təlim proqramı hazırlanacaq və Azərbaycan dilinə tərcümə ediləcək. Təlimlər iki qrupa bölünmüş şəkildə, üz-üzə formatda təşkil olunacaq və gündə 3 saat olmaqla 10 gün davam edəcək. Təlim sonunda iştirakçılar üçün imtahan vauçerləri alınacaq və imtahanlar Bakı şəhərindəki ICDL Authorized Testing Centers-də təşkil ediləcək.
Xatırladırıq ki, "Onlayn ünsiyyət üzrə beynəlxalq sertifikasiya" layihəsi Bəhmətli kənd Ə.Cavadov adına tam orta məktəbdə Aliyə Süleymanova tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi məktəbin 30 nəfərlik pedaqoji və inzibati-idarəetmə heyətinə onlayn əməkdaşlıq bacarıqlarını öyrətmək və onları “ICDL işçi qüvvəsi üçün Onlayn Əməkdaşlıq” beynəlxalq sertifikasiyasına hazırlamaqdır.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)