“2024-cü ildə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi beynəlxalq tələbələrin qəbulu və təqaüdlərinin idarə edilməsi və təşkili sahəsində ali təhsil müəssisələrinə dəstək göstərib, Azərbaycan vətəndaşlarının hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsilini təşkil edib, ali təhsil müəssisələrinin tədqiqatyönümlü inkişafını gücləndirmək məqsədilə tələbə və müəllimlərin mübadilə proqramlarını həyata keçirib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov bu gün Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
O bildirib ki, ali təhsil, elmi-tədqiqatlar və nəşrlərin beynəlxalq elmi əlaqələrə inteqrasiyası məqsədilə elmi ictimaiyyətə, elm mərkəzlərinə və təşkilatlara beynəlxalqlaşma və şəbəkələşmə istiqamətində aktiv dəstək verilib:
“2024-2025-ci tədris ilində Azərbaycanda 105 ölkədən təxminən 11 minə yaxın beynəlxalq tələbə təhsil alır. Beynəlxalq tələbələrin coğrafi tərkibi, əsasən, qonşu ölkələr, Asiya və Afrika regionlarını əhatə edir. Ötən illə müqayisədə beynəlxalq tələbələrin sayında 1000 nəfərlik artım qeydə alınıb. Ümumilikdə, xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili, əsasən, müxtəlif kanallar vasitəsilə həyata keçirilir”.
O əlavə edib ki, hazırda sayın keyfiyyətli artımı məqsədilə prosedurlar daha da təkmilləşdirilir. Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı çərçivəsində "Study in Azerbaijan" layihəsi çərçivəsində prosesin effektivliyinin artırılması üçün yeni təşəbbüslər təklif olunur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)