“BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsinin icrasına başlaılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə məktəbin idarə heyəti, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak edib. Layihə haqqında ətraflı məlumat verilib, məqsəd və vəzifələri vurğulanıb.
Xatırladırıq ki, “BİRLİKDƏ: Şagirdlərin komanda quruculuğuna dəstək proqramı” qrant layihəsi Sevman Baxşıyev tərəfindən Astara şəhər 5 nömrəli tam orta məktəbdə icra olunur. Layihə çərçivəsində məktəbdə şagirdlər arasında komanda ruhunun formalaşdırılması, onların birgə işə və məsuliyyətləri bölüşməyə təşviqi və aşağı yaşlardan etibarən onlarda yumşaq bacarıqların ("soft skills") formalaşmasına dəstək olmaq, bunun üçün Vll və Vlll sinifdə təhsil alan 20 şagird ilə 3 günlük qeyri-formal təhsillə bağlı təlimlərin və komanda quruculuğu oyunlarının keçirilməsi və məktəbdə "team- building" klubunun yaradılması nəzərdə tutulur.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)