Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Mind map müəllim və şagirdlərin zehin xəritəsi" layihəsi çərçivəsində müəllimlər üçün təlimlər yekunlaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, "Mind map müəllim və şagirdlərin zehin xəritəsi" təlim proqramı müəllim və şagirdlərin analitik düşüncə, məlumatın strukturlaşdırılması və yadda saxlama bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunub. Təlimlər çərçivəsində müəllimlər zehin xəritəsinin prinsipləri, vizual yaddaş, təqdimat bacarıqları və mürəkkəb mətnlərin təhlil metodlarını öyrəniblər. Təlimlərdə iştirak edən müəllimlər ibtidai sinif şagirdlərindən hər birində 20 nəfər olmaqla 4 qrup formalaşdıracaq və 4 gün müddətində onlara beyin xəritələri ilə bağlı təlimlər təşkil edəcəklər.
Xatırladırıq ki, "Mind map müəllim və şagirdlərin zehin xəritəsi" adlı layihə Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə Günay Nəzərova tərəfindən həyata keçirilir. Layihənin məqsədi müəllim və şagirdlərə öyrənmə prosesində zehin xəritələrinin istifadəsini öyrətmək və bununla da onların öyrənmə bacarıqlarını inkişaf etdirməkdir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)