IDEA İctimai Birliyi Bakı şəhərində yerləşən məktəblər üçün yeni və maraqlı təşəbbüsünü — “EcoSchool Challenge 2025” layihəsini təqdim edib.
İctimai Birlikdən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu layihə orta məktəb şagirdləri üçün ekoloji problemləri araşdırmaq, yaradıcı həllər tapmaq və öz məktəblərini daha ekoloji təmiz və dayanıqlı etmələri üçün geniş imkanlar yaradır.
Ardıcıl olaraq bir məktəbdən digər məktəbə ötürüləcək bu təşəbbüs, komanda işi və yaradıcılığı təşviq etməklə yanaşı, məktəb şagirdlərinin ekologiya sahəsində liderlik qabiliyyətlərinin və biliklərinin artırılmasına xidmət edir.
Layihədə iştirak edəcək hər bir məktəbin şagirdləri 3 həftə ərzində layihələrini hazırlayaraq təqdim edəcək və IDEA tərəfindən hədiyyələrlə mükafatlandırılacaqlar.
Birlikdə məktəblərimiz və cəmiyyətimiz üçün daha yaşıl və parlaq gələcək qurulur.
Layihədə iştirak etmək arzusunda olan məktəb nümayəndələri və şagirdlər info@ideacampaign.org elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)