Bütün xəbərlər
27 aprel, 14:56

Aprelin 27-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 

DİM-dən “Azərbaycan müəllimi”nə  bildirilib ki, bu gün Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.

Belə ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi ayrılıb.

İmtahanda 51 min 908 şagirdin iştirakı gözlənilirdi.

İmtahanda 74 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Aprelin 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İstifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Şərhlər

Xəbər lenti

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı artıb

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

20 avqust, 10:28

Kanadada 75 milyon illik qədim çəyirtkə qalıqları tapılıb

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.